Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yük maşını məktəblini vurub

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Məktəbli yolu keçərkən hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub.
BAKI, 22 fevral — Sputnik. Qax rayonunda 1-ci sinif şagirdini yük avtomobili vurub. Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 2015-ci il təvəllüdlü Nihat Sarıyev marşrut avtobusundan düşüb yolu keçərkən hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Sarıyev Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, 7 yaşlı Nihat Sarıyev Qax şəhər 1 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0