https://sputnik.az/20220222/usagina-isgence-veren-ata-ve-yeniyetme-qizla-evlenen-sexs-hebs-edildiler-439460894.html
Uşağına işgəncə verən ata və yeniyetmə qızla evlənən şəxs həbs edildilər
Uşağına işgəncə verən ata və yeniyetmə qızla evlənən şəxs həbs edildilər
Sputnik Azərbaycan
İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri... 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T19:28+0400
2022-02-22T19:28+0400
2022-02-22T19:28+0400
ata
cəmiyyət
"təmiz dünya" qadınlara yardım ictimai birliyi
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 22 fevral — Sputnik. Paytaxtın Xəzər rayon sakini - 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuata açıqlamasında deyib.Onun sözlərinə görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: "Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".K.Zeynalov onu da qeyd edib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.Qeyd edək ki, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşağa işgəncə verən ata və uşaqla evlənən cavanın hekayəsi
uşağa işgəncə verən ata və uşaqla evlənən cavanın hekayəsi
Uşağına işgəncə verən ata və yeniyetmə qızla evlənən şəxs həbs edildilər
İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BAKI, 22 fevral — Sputnik. Paytaxtın Xəzər rayon sakini - 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: "Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".
K.Zeynalov onu da qeyd edib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.
Qeyd edək ki, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.