SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Soltan Məmmədov Yerevanda erməni deputatları susdurdu - FOTO

© Photo : AZƏRTACSoltan Məmmədov, arxiv şəkli
Soltan Məmmədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan parlamentinin üzvlərinin Ermənistana səfəri iki ölkə arasında əlaqələrin istiləşməyə başlamasının əlamətidir.
BAKI, 22 fevral — Sputnik. Azərbaycanın hazırkı mövqeyi bütün beynəlxalq qanunlara və humanitar hüquqa uyğundur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Yerevanda AVRONEST Parlament Assambleyasında iştirak edən Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov erməni deputatın ittihamlarına cavabında deyib.
O bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilib: "Mən bir daha təkrar etməkdən xoşbəxtəm ki, münaqişə artıq başa çatıb və biz regiona yeni reallıqlar, yeni geosiyasi reallıqlar gətiririk. Bütün beynəlxalq təşkilatlar regiona əməkdaşlığın gətirilməsinin vacibliyini qeyd edirlər. Avropa da bu regional əməkdaşlığı dəstəkləyir. Biz bütün beynəlxalq platformalardan istifadə edərək regiona sülh gətirməyə çalışmaqdan məmnunuq".
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan parlamentinin üzvlərinin Ermənistana səfəri iki ölkə arasında əlaqələrin istiləşməyə başlamasının əlamətidir.
Deputat Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onlardan heç bir məlumat olmadığını nümayəndələrin diqqətinə çatdırıb:
"Aparılan müzakirələr Azərbaycanla Ermənistanın sülhə nail olmasına gətirib çıxaracaq. Əlbəttə ki, bundan bütün bölgə ölkələri qazanacaq. Eyni zamanda erməni həmkarlarımın qaldırdığı bəzi məsələlərə münasibət bildirmək istəyirəm. Bütün saxlanılan şəxslər müharibə bitdikdən sonra Ermənistana təhvil veriliblər. Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib. Azərbaycan çoxmillətli ölkədir. Əsrlərdir birlikdə yaşayan etnik qruplar arasında hər hansı etnik diskriminisya halı mövcud deyil. Bu, Azərbaycanın qürur tarixidir".
Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilir.
Xatırladaq ki, AVRONEST Parlament Assambleyası 2011-ci ilin mayında təsis olunub.
Bir müddət öncə Azərbaycan nümayəndə heyətinin fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi barədə xəbər yayılmışdı.
Xəbərdə həmçinin APA-nın məlumatından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0