https://sputnik.az/20220222/saleh-memmedov-bir-ailenin-qezada-mehv-oldugu-yolla-bagli-iddialara-munasibet-bildirib-439449482.html
Saleh Məmmədov bir ailənin qəzada məhv olduğu yolla bağlı iddialara münasibət bildirib
Saleh Məmmədov bir ailənin qəzada məhv olduğu yolla bağlı iddialara münasibət bildirib
Sputnik Azərbaycan
AAYDA-nın İdarə heyətinin sədri bildirib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır. 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T16:16+0400
2022-02-22T16:16+0400
2022-02-22T16:27+0400
saleh məmmədov
cəmiyyət
quba
yol
qəza
https://cdnn1.img.sputnik.az/img/42321/44/423214422_0:0:3072:1728_1920x0_80_0_0_37338e57c8632215ae0ca68224374638.jpg
BAKI, 22 fevral — Sputnik. AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov bu yaxınlarda Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunda baş vermiş dəhşətli qəzadan danışıb.Sputnik Azərbaycan xəbər verir ki, o bildirib ki, layihələndirməyə uyğun olaraq hadisə baş verən həmin yolda yol nişanları quraşdırılıb: "Əvvəlcədən yolda döngə və nahamar olduğuna dair, təmir işlərinin getdiyini göstərən işarələr var. Hər bir yoldan istifadə edən sürücü o yolda qoyulan yol nişanlarına, sürət həddinə riayət etsə, qəza olmaz. Bəlkə də həmin sürücü fikirli olub, bu səbəbdən də qəza baş verib. Həmin faciə də o ailədə baş verən digər faciəlin hadisənin təəssüratları nəticəsində baş verib".Agentlik sədri qeyd edib ki, ümumiyyətlə həmin ərazidə yolda dalğavari heç nə yoxdur: "Ora körpüyə yaxınlaşma yolu olub və çökmə baş verib. Həmin yol Bakı-Sumqayıt dairəvi yoludur. Ora əvvəlcə yük maşınlarının hərəkəti üçün nəzərdə tutulan yol olub. Yol 1984-1986-cı illərdə çəkilib. 2008-ci ildə o yol investisiya xərcləri hesabına rekonstruksiya edilib. Yolda üç zolaqlıdan iki zolaqlıya keçmə barədə nişan qoyulub".AAYDA-nın İdarə heyətinin sədri bildirib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır. Quba yolunun yenidən beton yol kimi bərpası üçün böyük vəsait tələb olunur: "Çalışırıq ki, yolu yararsızlıqdan yararlı şəkilə gətirək. Prezidentin sərəncamına əsasən hazırda Quba yoluna alternativ yol çəkilir. Cari ilin sonuna yolun təhvil verilməsi gözlənilir".Xatırladaq ki, bu yaxınlarda Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu "Mercedes-Benz E320" markalı, 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb. Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.Həmin gün bəlli olub ki, ailənin yaxın qohumları Qusarda dəm qazından həlak olublar: fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşağı: 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sümeyya - ölüblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42321/44/423214422_250:0:2981:2048_1920x0_80_0_0_0ce35dfc386f1049cf3e16e1d8a79976.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saleh məmmədov bir ailənin öldüyü quba yolu haqda danışdı
saleh məmmədov bir ailənin öldüyü quba yolu haqda danışdı
Saleh Məmmədov bir ailənin qəzada məhv olduğu yolla bağlı iddialara münasibət bildirib
16:16 22.02.2022 (Yenilənib: 16:27 22.02.2022) AAYDA-nın İdarə heyətinin sədri bildirib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır.
BAKI, 22 fevral — Sputnik. AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov bu yaxınlarda Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunda baş vermiş dəhşətli qəzadan danışıb.
Sputnik Azərbaycan xəbər verir ki, o bildirib ki, layihələndirməyə uyğun olaraq hadisə baş verən həmin yolda yol nişanları quraşdırılıb: "Əvvəlcədən yolda döngə və nahamar olduğuna dair, təmir işlərinin getdiyini göstərən işarələr var. Hər bir yoldan istifadə edən sürücü o yolda qoyulan yol nişanlarına, sürət həddinə riayət etsə, qəza olmaz. Bəlkə də həmin sürücü fikirli olub, bu səbəbdən də qəza baş verib. Həmin faciə də o ailədə baş verən digər faciəlin hadisənin təəssüratları nəticəsində baş verib".
Agentlik sədri qeyd edib ki, ümumiyyətlə həmin ərazidə yolda dalğavari heç nə yoxdur: "Ora körpüyə yaxınlaşma yolu olub və çökmə baş verib. Həmin yol Bakı-Sumqayıt dairəvi yoludur. Ora əvvəlcə yük maşınlarının hərəkəti üçün nəzərdə tutulan yol olub. Yol 1984-1986-cı illərdə çəkilib. 2008-ci ildə o yol investisiya xərcləri hesabına rekonstruksiya edilib. Yolda üç zolaqlıdan iki zolaqlıya keçmə barədə nişan qoyulub".
AAYDA-nın İdarə heyətinin sədri bildirib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır. Quba yolunun yenidən beton yol kimi bərpası üçün böyük vəsait tələb olunur: "Çalışırıq ki, yolu yararsızlıqdan yararlı şəkilə gətirək. Prezidentin sərəncamına əsasən hazırda Quba yoluna alternativ yol çəkilir. Cari ilin sonuna yolun təhvil verilməsi gözlənilir".
Xatırladaq ki, bu yaxınlarda Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu "Mercedes-Benz E320" markalı, 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb. Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.
Həmin gün bəlli olub ki, ailənin yaxın qohumları Qusarda dəm qazından həlak olublar: fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşağı: 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sümeyya - ölüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.