Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya şirkətləri Azərbaycan müəssisələrinin özəlləşdirilməsində iştirak etməyə hazırdır

© Sputnik / Murad OrujovYük maşını
Yük maşını - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
2021-ci ilin aprelində Azərbaycanda QAZ markalı yük avtomobillərinin istehsalına başlanılıb, sırada "Rostselmaş" kombaynlarının yığılması var, "Rusiya vertolyotları" Səhmdar Cəmiyyəti üçün servis mərkəzi də yaradılır.
BAKI, 22 fevral — Sputnik. Rusiyanın iqtisadi əməliyyat şirkətləri Azərbaycanın dövlət müəssisələrinin özəlləşdirilməsində fəal iştirak etməyə hazırdırlar. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə çərşənbə axşamı Kremldə keçiriləcək görüşünün materiallarında deyilir.
"Böyük flaqman layihələri hesabına iqtisadi əlaqələrin intensivləşdirilməsi məsələsi gündəmdədir", - deyə sənəddə qeyd olunur.
Həmçinin vurğulanır ki, Rusiya Bakının əsas xarici ticarət tərəfdaşlarından biridir.
2021-ci ilin yanvar-noyabr aylarında qarşılıqlı ticarətin həcmi 2933,5 milyon dollar (keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artıb) təşkil edib. Rusiyanın ixrac həcmi 2019,4 milyon dollar (artım 10,4%), idxal həcmi isə 914,1 milyon dollara (artım 24,6%) bərabər olub.
Rusiyanın Azərbaycana birbaşa investisiyaları 4,5 milyard dollar, Azərbaycanın Rusiyaya birbaşa investisiyaları isə 1,5 milyard dollar təşkil edir.
Respublikada 900-dən çox müştərək şirkət, o cümlədən 300-ə yaxını 100% Rusiya kapitalı ilə fəaliyyət göstərən müəssisə var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0