https://sputnik.az/20220222/putin-eliyeve-ukrayna-tokayevle-sohbeti-ve-qerbin-spekulyasiyalari-barede-danisib-439465265.html
Putin Əliyevə Ukrayna, Tokayevlə söhbəti və Qərbin spekulyasiyaları barədə danışıb
Putin Əliyevə Ukrayna, Tokayevlə söhbəti və Qərbin spekulyasiyaları barədə danışıb
Sputnik Azərbaycan
Bu mövzular Rusiya lideri tərəfindən Azərbaycan Prezidenti ilə görüşün protokol hissəsində səsləndirilib. 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T20:05+0400
2022-02-22T20:05+0400
2022-02-22T20:05+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439417529_0:0:2508:1412_1920x0_80_0_0_5546c93778566c5262fec0bd1e92985c.jpg
BAKI, 22 fevral — Sputnik. RF Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bəyan edib ki, “LXR” və “DXR”in müstəqilliyinin tanınması qərarından sonra Moskvanın guya ki imperiyanı bərpa etmək istəməsi barədə spekulyasiyaları görür, lakin bu məlumatlar həqiqətə uyğun deyil.“Əlbəttə, mən fürsətdən, sizin səfərinizdən istifadə edərək sizi bizdə Ukrayna cəbhəsində nə baş verdiyi barədə məlumatlandırmaq istəyirəm. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenitetini tanımaq barədə qərar qəbul edib. Dərhal demək istəyirəm ki, biz bu mövzuda, Rusiyanın imperiyanı elə imperiya sərhədlərində bərpa etmək mövzusunda spekulyasiyalar görürük. Bu tamamilə həqiqətə uyğun deyil. Sovet İttifaqının süqutundan sonra Rusiya bütün yeni geosiyasi reallıqları qəbul edib və fəal surətdə postsovet məkanında yaranmış bütün müstəqil ölkələrlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində işləyir”, - Putin deyib.O bildirib ki, Moskva və Kiyevin keyfiyyətli qarşılıqlı fəaliyyəti “Ukraynada 2014-cü ildə baş vermiş dövlət çevrilişindən” sonra yoxa çıxıb.“Hətta məsələn, Dağlıq Qarabağ nizamlanması kimi kəskin, çox kəskin vəziyyətlərdə, biz həmişə çox səliqəli hərəkət etmişik. Bu prosesə cəlb olunmuş bütün dövlətlərin maraqlarından çıxış edərək həmişə qarşılıqlı məqbul qərarların qəbul olunmasına çalışırdıq. Təəssüf ki, Ukraynadakı dövlət çevrilişindən sonra Ukrayna ilə qarşılıqlı fəaliyyətin belə səviyyəsini və keyfiyyətini görmürük, o yoxa çıxıb. Vurğulamaq istəyirəm: məhz dövlət çevrilişi və hakimiyyətin ələ keçirilməsindən sonra”, - Putin deyib.Putinin Tokayevlə söhbətiRF Prezidenti məlumat verib ki, İlham Əliyevin səfəri öncəsi Qazaxıstan rəhbəri Qasım-Jomart Tokayevlə danışıb."Mən sizin səfəriniz öncəsi bu gün Qazaxıstan Prezidenti ilə danışdım. Bu, Rusiyanın qonşularımızın suverenitetini dəstəklədiyinə, onu möhkəmləndirdiyinə ikinci yaxşı nümunədir. Qazaxıstan nümunəsi bizim bu siyasətimizi təsdiq edir. Biz Qazaxıstan rəhbərliyinin xahişi ilə onları KTMT çərçivəsində xaricdən beynəlxalq terrorizm aqressiyası ilə bağlı dəstəklədik. Bu problem həll olunan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz KTMT kontingenti çərçivəsində olan bütün silahlı qüvvələrimizi çıxardıq və Qazaxıstanla bütün xətlər üzrə əməkdaşlığı davam etdiririk və bu, şübhəsiz ki, həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir", - Putin bildirib.Bakı və Moskvanın Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannaməsiİki ölkə arasında əlaqələrin daha da inkişafı üçün ilkin şərtlərdən danışan Rusiya Federasiyasının Prezidenti Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin olduğunu vurğulayıb.“İqtisadi əlaqələrimiz kifayət qədər çoxşaxəlidir və bu, gələcək tərəqqi üçün yaxşı zəmin yaradır. Həssas və zənnimcə, Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllinə, ilk növbədə rus dilinin dəstəklənməsinə və inkişafına görə sizə minnətdarıq. Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal şəkildə öyrənilir və geniş yayılıb. Əlbəttə ki, gələcəkdə də bunu hərtərəfli şəkildə dəstəkləyəcəyik. Regional əlaqələrimiz də fəal inkişaf edir”, - deyə Putin bildirib.Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə onu da bildirib ki, liderlər müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayacaqlar. Putinin sözlərinə görə, bu, münasibətlərin inkişafında yeni mərhələ hesab oluna bilər."Bu gün biz Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamə imzalayacağıq. Aydındır ki, bu, münasibətlərimizin inkişafında yeni mərhələdir və əlbəttə ki, hələ tam həllini tapmamış, amma ümumilikdə həllində irəliləyiş əldə olunmuş Qarabağ məsələsinin nizamlanmasından sonra mümkün olub”, – deyə Putin bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!Həmçinin oxuyun:İlham Əliyevlə Vladimir Putinin görüşü: Bəyannamə, Qarabağ, Ukrayna və digər detallar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439417529_316:0:2440:1593_1920x0_80_0_0_7b471d44935e4ef59f436f8cb2b72282.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
putin ilham əliyevə görün nələr dedi
putin ilham əliyevə görün nələr dedi
Putin Əliyevə Ukrayna, Tokayevlə söhbəti və Qərbin spekulyasiyaları barədə danışıb
Bu mövzular Rusiya lideri tərəfindən Azərbaycan Prezidenti ilə görüşün protokol hissəsində səsləndirilib.
BAKI, 22 fevral — Sputnik. RF Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bəyan edib ki, “LXR” və “DXR”in müstəqilliyinin tanınması qərarından sonra Moskvanın guya ki imperiyanı bərpa etmək istəməsi barədə spekulyasiyaları görür, lakin bu məlumatlar həqiqətə uyğun deyil.
“Əlbəttə, mən fürsətdən, sizin səfərinizdən istifadə edərək sizi bizdə Ukrayna cəbhəsində nə baş verdiyi barədə məlumatlandırmaq istəyirəm. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenitetini tanımaq barədə qərar qəbul edib.
Dərhal demək istəyirəm ki, biz bu mövzuda, Rusiyanın imperiyanı elə imperiya sərhədlərində bərpa etmək mövzusunda spekulyasiyalar görürük. Bu tamamilə həqiqətə uyğun deyil. Sovet İttifaqının süqutundan sonra Rusiya bütün yeni geosiyasi reallıqları qəbul edib və fəal surətdə postsovet məkanında yaranmış bütün müstəqil ölkələrlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində işləyir”, - Putin deyib.
O bildirib ki, Moskva və Kiyevin keyfiyyətli qarşılıqlı fəaliyyəti “Ukraynada 2014-cü ildə baş vermiş dövlət çevrilişindən” sonra yoxa çıxıb.
“Hətta məsələn, Dağlıq Qarabağ nizamlanması kimi kəskin, çox kəskin vəziyyətlərdə, biz həmişə çox səliqəli hərəkət etmişik. Bu prosesə cəlb olunmuş bütün dövlətlərin maraqlarından çıxış edərək həmişə qarşılıqlı məqbul qərarların qəbul olunmasına çalışırdıq. Təəssüf ki, Ukraynadakı dövlət çevrilişindən sonra Ukrayna ilə qarşılıqlı fəaliyyətin belə səviyyəsini və keyfiyyətini görmürük, o yoxa çıxıb. Vurğulamaq istəyirəm: məhz dövlət çevrilişi və hakimiyyətin ələ keçirilməsindən sonra”, - Putin deyib.
Putinin Tokayevlə söhbəti
RF Prezidenti məlumat verib ki, İlham Əliyevin səfəri öncəsi Qazaxıstan rəhbəri Qasım-Jomart Tokayevlə danışıb.
"Mən sizin səfəriniz öncəsi bu gün Qazaxıstan Prezidenti ilə danışdım. Bu, Rusiyanın qonşularımızın suverenitetini dəstəklədiyinə, onu möhkəmləndirdiyinə ikinci yaxşı nümunədir. Qazaxıstan nümunəsi bizim bu siyasətimizi təsdiq edir. Biz Qazaxıstan rəhbərliyinin xahişi ilə onları KTMT çərçivəsində xaricdən beynəlxalq terrorizm aqressiyası ilə bağlı dəstəklədik. Bu problem həll olunan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz KTMT kontingenti çərçivəsində olan bütün silahlı qüvvələrimizi çıxardıq və Qazaxıstanla bütün xətlər üzrə əməkdaşlığı davam etdiririk və bu, şübhəsiz ki, həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir", - Putin bildirib.
Bakı və Moskvanın Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannaməsi
İki ölkə arasında əlaqələrin daha da inkişafı üçün ilkin şərtlərdən danışan Rusiya Federasiyasının Prezidenti Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin olduğunu vurğulayıb.
“İqtisadi əlaqələrimiz kifayət qədər çoxşaxəlidir və bu, gələcək tərəqqi üçün yaxşı zəmin yaradır. Həssas və zənnimcə, Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllinə, ilk növbədə rus dilinin dəstəklənməsinə və inkişafına görə sizə minnətdarıq. Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal şəkildə öyrənilir və geniş yayılıb. Əlbəttə ki, gələcəkdə də bunu hərtərəfli şəkildə dəstəkləyəcəyik. Regional əlaqələrimiz də fəal inkişaf edir”, - deyə Putin bildirib.
Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə onu da bildirib ki, liderlər müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayacaqlar. Putinin sözlərinə görə, bu, münasibətlərin inkişafında yeni mərhələ hesab oluna bilər.
"Bu gün biz Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamə imzalayacağıq. Aydındır ki, bu, münasibətlərimizin inkişafında yeni mərhələdir və əlbəttə ki, hələ tam həllini tapmamış, amma ümumilikdə həllində irəliləyiş əldə olunmuş Qarabağ məsələsinin nizamlanmasından sonra mümkün olub”, – deyə Putin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!