https://sputnik.az/20220222/ozunu-kuryer-kimi-qeleme-vererek-evlerden-ogurluq-eden-sexs-yaxalanib---vdeo-439438499.html
Özünü kuryer kimi qələmə verərək evlərdən oğurluq edən şəxs yaxalanıb - VİDEO
Özünü kuryer kimi qələmə verərək evlərdən oğurluq edən şəxs yaxalanıb - VİDEO
Sputnik Azərbaycan
Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T22:42+0400
2022-02-22T22:42+0400
2022-02-22T22:42+0400
oğurluq
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42412/51/424125101_0:0:3072:1728_1920x0_80_0_0_39ba845f5d6ade978b18fe8ac9628bcb.jpg
BAKI, 22 fevral — Sputnik. Paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. O, daha sonra həmin sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat məbləğində pul, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb.Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, polisə oxşar məzmunlu şikayət Nizami rayonunda yaşayan daha bir sakin tərəfindən edilib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxsin ev yiyəsinin 2500 manat məbləğində pulunu oğurladığı məlum olub.Bu hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Azad Məmmədov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.Azad Məmmədovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/51/424125101_215:0:2946:2048_1920x0_80_0_0_49f2466f09970ae9ceaae6b2a74e4eb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ev yiyəsini sənəd dalınca göndərib evləri soyurmuş
ev yiyəsini sənəd dalınca göndərib evləri soyurmuş
Özünü kuryer kimi qələmə verərək evlərdən oğurluq edən şəxs yaxalanıb - VİDEO
Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
BAKI, 22 fevral — Sputnik. Paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. O, daha sonra həmin sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat məbləğində pul, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, polisə oxşar məzmunlu şikayət Nizami rayonunda yaşayan daha bir sakin tərəfindən edilib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxsin ev yiyəsinin 2500 manat məbləğində pulunu oğurladığı məlum olub.
Bu hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Azad Məmmədov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Azad Məmmədovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!