Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Orta aylıq və minimum pensiyanın artım dinamikası

Xəbərlərə abunə olun
Yandex newsTelegram
2022-ci ilin əvvəlində Azərbaycanda pensiya və sosial müavinətlər növbəti dəfə artırılıb. 2018-ci ildən bəri artım nə qədər olub – Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında.
BAKI, 22 fevral — Sputnik. Azərbaycan 2021-ci ildə pensiyaların ödənilməsinə 4 milyard 592 milyon manat xərcləyib.
Ötən il orta aylıq əmək pensiyası 9 faiz artırılaraq 331 manata, həmçinin yaşa görə əmək pensiyasının orta aylıq məbləği 8 faiz artırılaraq 358 manata çatdırılıb.
2022-ci il yanvarın 1-dən ölkədə minimum əmək pensiyasının məbləği 20% artırılaraq 240 manat təşkil edib. 2018-ci ildə isə 116 manata bərabər olub.
Bundan başqa, orta aylıq əmək pensiyası 2018-ci ildəki 221 manatla müqayisədə 2022-ci ildə 360 manata qədər artırılıb.
Yaşa görə pensiyanın orta aylıq məbləğinə gəlincə, bu göstərici 2018-ci ildə 249 manata bərabər idisə, 2022-ci ildə 385 manat təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0