https://sputnik.az/20220222/komite-sedri-qaz-techizatina-dair-teklif-edilen-cerimeler-cekindirici-xarakter-dasiyir-439461308.html
Komitə sədri: Qaz təchizatına dair təklif edilən cərimələr çəkindirici xarakter daşıyır
Komitə sədri: Qaz təchizatına dair təklif edilən cərimələr çəkindirici xarakter daşıyır
Sputnik Azərbaycan
Millət vəkilləri qanunvericilikdə dəyişikliklərin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısını alınmasına xidmət edəcəyini... 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T22:31+0400
2022-02-22T22:31+0400
2022-02-22T22:31+0400
qaz
iqtisadiyyat
inzibati xətalar məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937636_0:0:3068:1727_1920x0_80_0_0_8c502ffc81a1a13809198b02e7bb06cf.jpg
BAKI, 22 fevral — Sputnik. Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov gündəliyə "Qaz təchizatı haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin daxil edildiyini bildirib."Qaz təchizatı haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihə qazdan istifadə zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə hazırlanıb. Layihənin əvvəlki oxunuşları barədə məlumat verən Sadiq Qurbanov təklif olunan dəyişikliklərin insanların qazdan təhlükəsiz istifadəyə xidmət etməsindən danışıb.Qanun layihəsinin müzakirəsində komitə üzvləri İltizam Yusifov, Naqif Həmzəyev, Nəsib Məhəməliyev çıxış ediblər. Millət vəkilləri qaz təchizatı və istehlakında məsuliyyətin vacibliyinə diqqət çəkiblər, dəyişikliklərin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısını alınmasına, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcəyini vurğulayıblar.Müzakirələrdən sonra deputatlar "Qaz təchizatı haqqında" qanunda dəyişikliyi üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.Sonra komitə İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərdən keçirib. Layihənin əvvəlki müzakirələri haqqında danışan komitə sədri Sadiq Qurbanov bildirib ki, sənəddə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı təklif olunan cərimələr çəkindirici xarakter daşıyır.Sənədlə bağlı deputat Kamal Cəfərov, Fatma Yıldırım çıxış ediblər. Bildirilib ki, dəyişikliklər qaz təchizatında və istehlakında təhlükəsizlik qaydalarına əməl olunma ilə bağlı məsuliyyətin artırılmasına yönəlib. Əsas məqsəd insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında aradan qaldırılmasıdır.İclasın sonunda İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.Qeyd edək ki, “Qaz təchizatı haqqında” qanuna dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.Sənədə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.İnzibatı Xətalar Məcəlləsində dəyişikliklər qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Belə ki, dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirilmə aparılaraq, həmin maddəyə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsini nəzərdə tutan 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.Digər dəyişiklik ətraf mühitə, insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında müəyyən edilməsi, aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə aparılıb.Bununla əlaqədar olaraq Məcəlləsinin 542-ci maddəsinin yeni redaksiyada təklif olunan sanksiyası ilə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937636_337:0:3068:2048_1920x0_80_0_0_7294a97b87c6fa671418ee3f4fca363f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
komitə sədri: qaz cərimələri camaatı qorxutmaq üçündür
komitə sədri: qaz cərimələri camaatı qorxutmaq üçündür
Komitə sədri: Qaz təchizatına dair təklif edilən cərimələr çəkindirici xarakter daşıyır
Millət vəkilləri qanunvericilikdə dəyişikliklərin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısını alınmasına xidmət edəcəyini vurğulayıblar.
BAKI, 22 fevral — Sputnik. Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov gündəliyə "Qaz təchizatı haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin daxil edildiyini bildirib.
"Qaz təchizatı haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihə qazdan istifadə zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə hazırlanıb. Layihənin əvvəlki oxunuşları barədə məlumat verən Sadiq Qurbanov təklif olunan dəyişikliklərin insanların qazdan təhlükəsiz istifadəyə xidmət etməsindən danışıb.
Qanun layihəsinin müzakirəsində komitə üzvləri İltizam Yusifov, Naqif Həmzəyev, Nəsib Məhəməliyev çıxış ediblər. Millət vəkilləri qaz təchizatı və istehlakında məsuliyyətin vacibliyinə diqqət çəkiblər, dəyişikliklərin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısını alınmasına, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcəyini vurğulayıblar.
Müzakirələrdən sonra deputatlar "Qaz təchizatı haqqında" qanunda dəyişikliyi üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Sonra komitə İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərdən keçirib. Layihənin əvvəlki müzakirələri haqqında danışan komitə sədri Sadiq Qurbanov bildirib ki, sənəddə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı təklif olunan cərimələr çəkindirici xarakter daşıyır.
Sənədlə bağlı deputat Kamal Cəfərov, Fatma Yıldırım çıxış ediblər. Bildirilib ki, dəyişikliklər qaz təchizatında və istehlakında təhlükəsizlik qaydalarına əməl olunma ilə bağlı məsuliyyətin artırılmasına yönəlib. Əsas məqsəd insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında aradan qaldırılmasıdır.
İclasın sonunda İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Qeyd edək ki, “Qaz təchizatı haqqında” qanuna dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.
Sənədə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.
İnzibatı Xətalar Məcəlləsində dəyişikliklər qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Belə ki, dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirilmə aparılaraq, həmin maddəyə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsini nəzərdə tutan 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Digər dəyişiklik ətraf mühitə, insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında müəyyən edilməsi, aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə aparılıb.
Bununla əlaqədar olaraq Məcəlləsinin 542-ci maddəsinin yeni redaksiyada təklif olunan sanksiyası ilə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!