Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Gürcüstan qaydaları sadələşdirdi: PZR testini təqdim et, ölkəyə daxil ol

© Sputnik / Stringer / Mediabanka keçidTbilisi şəhərinə mənzərə
Tbilisi şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Gürcüstan vətəndaşlarına gəlincə, onlar ölkəyə daxil olmaq üçün PZR testin mənfi cavabını təsdiqləyən arayış təqdim etməlidirlər. Arayışsız olan vətəndaşlar 5 gün müddətinə özlərini təcrid etməlidirlər.
BAKI, 22 fevral — Sputnik. Gürcüstan hökuməti ölkə vətəndaşları və əcnəbilərin Gürcüstana daxil olması qaydalarını sadələşdirib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Martın 1-dən qüvvəyə minəcək qərarla koronavirus əleyhinə tam peyvənd olunmuş və yaxud son 72 saat ərzində verilmiş PZR testin mənfi nəticəsini təqdim edən bütün xarici ölkə vətəndaşlarının hava, quru və dəniz yolu ilə Gürcüstan ərazisinə daxil olmasına icazə veriləcək.
Tam vaksinasiya kursu keçməmiş əcnəbilər ölkəyə daxil olduqdan sonra 72 saatın tamamında PZR testdən keçmək məcburiyyətindən azad olunacaqlar.
Gürcüstan vətəndaşlarına gəlincə, onlar ölkəyə daxil olmaq üçün PZR testin mənfi cavabını təsdiqləyən arayış təqdim etməlidirlər. Arayışsız olan vətəndaşlar 5 gün müddətinə özlərini təcrid etməlidirlər.
Ölkə vətəndaşları da həmçinin üçüncü gün təkrar PZR test yoxlamasından keçmək öhdəliyindən azad olunacaqlar.
Xəbər lenti
0