Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşdü

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Emin Əmrullayev Gürcüstanın bir sıra təhsil ocaqlarına baş çəkib.
BAKI, 22 fevral — Sputnik. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb.
-----------
12:38
Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir. Sputnik Azərbaycan xəbər verir ki, o, bu gün Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı azərbaycandilli məktəbi ziyarət edib.
Direktor Salman Pirməmmədov bu il 120 yaşını qeyd edən təhsil müəssisəsinin tarixi barədə nazirə məlumat verib. O, hazırda məktəbdə 252 şagirdin təhsil aldığını bildirib.
Direktor qeyd edib ki, məktəb Gürcüstanın ən nümunəvi orta təhsil müəssisələrindən biridir, məzunlarının əksəriyyəti ali məktəblərə qəbul olunur, gürcü dilinin tədrisi yüksək səviyyədədir.
S.Pirməmmədov qeyd edib ki, təhsil ocağının məzunları arasında akademiklər, həkimlər və professorlar var, hazırda məktəbdə çalışan müəllimlərin 50%-i də bu məktəbi bitirib. O, özünün də artıq 38 ildir direktoru olduğu məktəbin məzunu olduğunu vurğulayıb.
Direktor 2010-cu ildə məktəbin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təmir olunduğunu da diqqətə çatdırıb. E.Əmrullayev Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili ilə birgə siniflərə, kitabxana və idman zalına baş çəkib, müəllim və şagirdlərlə söhbət edib.
Daha sonra məktəb rəhbərliyi və müəllim heyəti ilə görüş keçirilib, nazir təhsil ocağının qayğıları ilə maraqlanıb.
Emin Əmrullayev Gürcüstan Texniki Universitetini (GTU) də ziyarət edib. O, ali məktəbin rektoru David Qurgenidze ilə görüşüb.
Təntənəli qarşılanma mərasimindən sonra rektor nazir üçün ekskursiya təşkil edib, bu il 100 illiyi tamam olan universitetlə yaxından tanış edib, əldə olunmuş nailiyyətlərdən danışıb.
Tərəflər arasında keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq, tələbə və professorlar arasında elmi mübadilə, həmçinin birgə elmi layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Əmrullayev ali məktəbin azərbaycanlı tələbələri ilə də tanış olub.
Xatırladaq ki, Təhsil naziri fevral ayının 20-də Gürcüstana səfər edib. Səfər fevralın 23-də başa çatacaq.
Xəbərdə Report-un məlumatından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0