Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərpoçt" yeni mobil tətbiqini istifadəyə verib

© AFP 2023 / STEFANIE LOOSƏllərində smartfon olan insanlar, arxiv şəkli
Əllərində smartfon olan insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Göndərişlər ölkədə sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən "Azərekspresspoçt" Rabitə Müəssisəsi vasitəsilə çatdırılır.
BAKI, 22 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.
Sputnik Azərbaycan xəbər verir ki, vətəndaşlar tətbiq vasitəsilə şəxsi və biznes məqsədli göndərişlərini indi daha rahat şəkildə göndərə bilərlər. Müştərilərə sürətli, keyfiyyətli, eləcə də münasib qiymətə çatdırılma təklif olunur. Bununla yanaşı, istifadəçi təcili və ya adi kuryer xidmətlərindən birini seçməklə göndərişin nə zaman təyinat nöqtəsinə çatmasına özü qərar verir.
"Android" və "iOS" sistemli mobil cihazlar üçün nəzərdə tutulan tətbiqi "Apple Store" və "Play Market"dən yükləmək mümkündür:
"Android": https://play.google.com/store/apps/details?id=production.azerpoct.customer
"iOS": https://apps.apple.com/az/app/azerpost/id1592158829
Göndərişlər ölkədə sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən "Azərekspresspoçt" Rabitə Müəssisəsi vasitəsilə çatdırılır.
Kuryer xidməti ilkin mərhələdə yalnız Bakı şəhərində göstərilir, gələcəkdə isə onun bütün ölkəni əhatə etməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0