Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın cənubunda silahlı insident: sərhədçilər yaralanıblar

© Sputnik / Leyla AbdullayevaDSX hərbçisi, arxiv şəkli
DSX hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Cənub sərhədində, Şahağacı kəndində silahlı insident baş verib.
BAKI, 22 fevral — Sputnik. Azərbaycan sərhədçiləri qanun pozucularını yaxalayıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, fevralın 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin "Kələdəhnə" sahil nəzarəti bölməsinin xidməti ərazisində, Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu "Mitsubishi "Pajero" markalı "10-RS-565" dövlət nömrə nişanlı avtomobil əraziyə yaxınlaşıb.
Avtomobildəki şəxslərdən biri düşərək özünü şübhəli aparıb: onun ətrafı müşahidə edərək kolluqda gizlədilmiş 1 ədəd kisəni götür­məsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Onların Astara rayon sakinləri - 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilib, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan "BLOW-TR-14" markalı travmatik tapancadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib.
Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.
Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 q narkotik vasitəyə (4 kq 085 q marixuana, 9 kq 920 q tiryək, 2 kg 090 q metamfetamin və 870 q heroin) bənzər maddələr aşkar olunaraq götürülüb.
Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib, Astara rayon polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilib və qarajında rəflərin arasında gizlədilmiş 1 kisənin içərisindən 1 kq 100 q marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0