https://sputnik.az/20220222/agdasda-yangin-qadinin-heyatina-son-qoydu-439410496.html
Ağdaşda yanğın qadının həyatına son qoydu
Ağdaşda yanğın qadının həyatına son qoydu
Sputnik Azərbaycan
Ağdaş və Samuxda yaşayış evlərində baş verən yanğınlar fəsadsız ötüşməyib. 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T13:17+0400
2022-02-22T13:17+0400
2022-02-22T13:17+0400
hadisə
yanğın
ağdaş
ölüm
samux
xəsarət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/13/437381257_0:254:2737:1794_1920x0_80_0_0_252556e149279ef5c7153562b07c74b6.jpg
BAKI, 22 fevral — Sputnik. Ağdaşda baş verən yanğın zamanı bir nəfər ölüb.Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə gecə saatlarında Ağdaş rayonunun Aşağı Ləki kəndinə baş verib. Anidən başlayan yanğın qısa zamanda geniş ərazini əhatə edib.Dərhal əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin yanar konstruksiyaları 154 kvadratmetr sahədə və içəridəki əşyalar yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1935-ci il təvəllüdlü Həşimova Bəstə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Evin qalan hissəsi, ətrafda olan tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.Samux rayonunda baş verən yanğında isə bir nəfər xəsarət alıb. Rayonunun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/13/437381257_4:0:2733:2047_1920x0_80_0_0_5ccd20401a76f3a5f0865e38f437ebfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın baş verən evdə qadın meyiti tapılıb
yanğın baş verən evdə qadın meyiti tapılıb
Ağdaşda yanğın qadının həyatına son qoydu
Ağdaş və Samuxda yaşayış evlərində baş verən yanğınlar fəsadsız ötüşməyib.
BAKI, 22 fevral — Sputnik. Ağdaşda baş verən yanğın zamanı bir nəfər ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə gecə saatlarında Ağdaş rayonunun Aşağı Ləki kəndinə baş verib. Anidən başlayan yanğın qısa zamanda geniş ərazini əhatə edib.
Dərhal əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin yanar konstruksiyaları 154 kvadratmetr sahədə və içəridəki əşyalar yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1935-ci il təvəllüdlü Həşimova Bəstə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi, ətrafda olan tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.
Samux rayonunda baş verən yanğında isə bir nəfər xəsarət alıb. Rayonunun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.