https://sputnik.az/20220221/ust-un-azerbaycanla-bagli-on-illik-plani-439413524.html
ÜST-ün Azərbaycanla bağlı on illik planı
ÜST-ün Azərbaycanla bağlı on illik planı
Sputnik Azərbaycan
Təşkilatın missiyası növbəti onillikdə vaksinasiyadan tam faydalanma məqsədilə yerli tərəfdaşlarla Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünü müzakirə edəcək.
2022-02-21T22:09+0400
2022-02-21T22:09+0400
2022-02-21T22:10+0400
azərbaycan
səhiyyə
üst
analiz
monitorinq
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437228989_0:317:3079:2048_1920x0_80_0_0_f119dfd78a372bee32ead0d39df29303.jpg
BAKI, 21 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.Səfər çərçivəsində yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra görüşlər təşkil ediləcək. ÜST-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşlərdə ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertlərinin missiyası çərçivəsində Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə dair müzakirələrin keçirilməsi planlaşdırılır.ÜST-ün Avropa üzrə Regional Ofisinin nümayəndələri, peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə ekspert və proqram meneceri Siddhartha Sankar Datta və peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma, analiz və monitorinq üzrə ekspert və qrup rəhbəri Roberta Pastore Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi üçün immunizasiyaya yatırılan sərmayələrin əhəmiyyəti və ÜST Avropanın İmmunlaşdırma Gündəliyinə dair planları haqqında məlumat təqdim edibər.Üç günlük missiya çərçivəsində Avropa üzrə Regional Ofisin ekspertləri və ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı yerli səhiyyə qurumları – Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov və digər rəsmilərlə görüşlər keçirərək COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya məsələləri ilə bağlı cari vəziyyəti, habelə gələcək planları və perspektivləri müzakirə edəcəklər.ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya çərçivəsində əraziyə birgünlük səfər planlaşdırırlar.Missiyanın üçüncü günündə ÜST Azərbaycan yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə “Fəaliyyət üçün məlumat” adı altında sessiya keçirəcək. Tədbirin əsas məqsədi effektiv strategiyaların işlənib-hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmağın əhəmiyyətini müzakirə etməkdir.Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) növbəti onillikdə ÜST-nin Avropa bölgəsində vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasıdır.Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.Bu layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220221/koronavirusdan-sonra-insult-riski-barede-xeberdarliq-439371375.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437228989_0:0:2731:2048_1920x0_80_0_0_ad7b672ad691e3ebd52f52cfe5df2d3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst-ün azərbaycanla bağlı on illik planı
üst-ün azərbaycanla bağlı on illik planı
ÜST-ün Azərbaycanla bağlı on illik planı
22:09 21.02.2022 (Yenilənib: 22:10 21.02.2022) Təşkilatın missiyası növbəti onillikdə vaksinasiyadan tam faydalanma məqsədilə yerli tərəfdaşlarla Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünü müzakirə edəcək.
BAKI, 21 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.
Səfər çərçivəsində yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra görüşlər təşkil ediləcək. ÜST-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşlərdə ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertlərinin missiyası çərçivəsində Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə dair müzakirələrin keçirilməsi planlaşdırılır.
ÜST-ün Avropa üzrə Regional Ofisinin nümayəndələri, peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə ekspert və proqram meneceri Siddhartha Sankar Datta və peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma, analiz və monitorinq üzrə ekspert və qrup rəhbəri Roberta Pastore Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi üçün immunizasiyaya yatırılan sərmayələrin əhəmiyyəti və ÜST Avropanın İmmunlaşdırma Gündəliyinə dair planları haqqında məlumat təqdim edibər.
Üç günlük missiya çərçivəsində Avropa üzrə Regional Ofisin ekspertləri və ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı yerli səhiyyə qurumları – Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov və digər rəsmilərlə görüşlər keçirərək COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya məsələləri ilə bağlı cari vəziyyəti, habelə gələcək planları və perspektivləri müzakirə edəcəklər.
ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya çərçivəsində əraziyə birgünlük səfər planlaşdırırlar.
Missiyanın üçüncü günündə ÜST Azərbaycan yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə “Fəaliyyət üçün məlumat” adı altında sessiya keçirəcək. Tədbirin əsas məqsədi effektiv strategiyaların işlənib-hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmağın əhəmiyyətini müzakirə etməkdir.
Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) növbəti onillikdə ÜST-nin Avropa bölgəsində vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasıdır.
Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.
Bu layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.