SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Robert Koçaryan və Serj Sarkisyan hələ də axtarışdadır

© Sputnik Stringer / Mediabanka keçidSerj Sarkisyan, arxiv şəkli
Serj Sarkisyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Onlar azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ ediblər.
BAKI, 21 fevral — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın eks-prezidentləri Robert KoçaryanSerj Sarkisyanı axtarışa verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev KİV-ə müsahibəsində bildirib.
O bildirib ki, Ermənistanın keçmiş prezidentləri Koçaryan Robert SedrakoviçSarqsyan Serj Azatoviç 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər:

"Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ ediblər. Onlar özbaşına olaraq özlərinə dövlət hakimiyyəti nümayəndələrinin adını verərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 02 sentyabr 1991-ci il tarixdə keçmiş Şaumyan rayonu da birləşdirilməklə, "Dağlıq Qarabağ Respublikası"nın elan olunması, bütün hakimiyyətin vilayət xalq deputatları sovetliyinə və onun icraiyyə komitəsinə verilməsi, həmin ərazidə Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul ediblər. Bu və digər cinayətlər törətdiklərinə görə Koçaryan Robert Sedrakoviç və Sarkisyan Serj Azatoviç Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər".

Qeyd edək ki, Azərbaycan-Ermənistan müharibəsinin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı.
© © Sputnik / Asatur Esayants / Mediabanka keçidRobert Koçaryan, arxiv şəkli
Robert Koçaryan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Robert Koçaryan, arxiv şəkli
1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0