Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyanın Qarabağ bəyanatı nəyə xidmət edir? - Araik qaçmağa hazırlaşır

© Tatyana Zenkovich/pool photo via AP Nikol Paşinyan
 Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev deyib ki, Paşinyan Qarabağ adından istifadə etməklə xarici fondlardan yardım umur.
BAKI, 21 fevral — Sputnik. Nikol Paşinyanın verdiyi açıqlamalar regionda gərginliyin artırılmasına xidmət edir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Qeyd edək ki, fevralın 20-də Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində 34 il əvvəl Qarabağda baş verənlərin erməni dövlətçiliyinin bərpası yolunda ilk addım olduğunu bildirib.
Politoloq hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin getdiyi, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün görüşülərin keçirildiyi dövrdə Ermənistan Baş naziri Qərbdəki müəyyən imperialist dairələrindən aldığı tapşırıqları yerinə yetirərək danışıqlar prosesini pozmağa çalışır:
"Paşinyan üçtərəfli görüşlərlə bağlı provakasiyalar etməyə səy göstərir. Nikol Paşinyanın Qarabağla və oradakı Azərbaycan vətəndaşı olan ermənilərlə bağlı açıqlamaları əldə olunmuş razılaşmalara da ziddir. Bu baxımdan Paşinyanın səsləndirdiyi fikirlər həm də Rusiyanın regionda ortaya qoyduğu mövqeyə də aşkar hörmətsizlik kimi qiymətləndirilə bilər".
© Official website of President of Azerbaijan RepublicSoçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü
Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü
Politoloqun fikrincə, Nikola Paşinyanın sülh prosesinə zidd olan fikirlərini heç onun özünə məxsus deyil:
"Qənaətim belədir ki, Paşinyan Soros fondundan və qərb dairələrin aldığı tapşırıqları yerinə yetirir. Amma bu məqamı xüsusi qeyd etməliyəm ki, Paşinyanın sərsəm açıqlamaları sülh prosesini poza bilməz. Regiondan münasibətlərin normallaşması ilə Azərbaycan, Türkiyə və Rusiya prinsipial mövqe ortaya qoyub".
"Paşinyanın bu açıqlamalarının iki məqsədi var. O bununla qərbdəki dairələrini açıq şəkildə göstərir. Bununla həmin dairələrin nəzərində müsbət imic formalaşdırmaq istəyir. İkinci məqsəd isə Ermənistanın daxilindəki ictimai, siyasi qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə daxili auditoriyada öz mövqeyini gücləndirmək məqsədi güdür. Bununla da Ermənistan xalqının fikrini daxildəki xaotik vəziyyətdən yayındırmaq istəyir", - deyə politoloq qeyd edib.
Millət vəkili Arzu Nağıyev də Paşinyanın son fikirləri ilə bağlı Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili deyib ki, Paşinyanın bu çıxışları, boş bəyanatları daxili auditoriya üçün nəzərdə tutulub:
"Onlar Azərbaycan ordusu tərəfindənbaşı əzilmiş Ermənistan separatizminin yarandığı günü hələ də bayram kimi qeyd edirlər. Onlar göstərmək istəyirlər ki, tam şəkildə məğlub olmayıblar, müharibənin sarsıdıcı zərbələrindən yaranmış yaralarını sağaltmağa qadirdirlər. Biz anlayırıq ki, bu daxili auditoriyanı sakitləşdirmək üçün deyilmiş fikirlərdir".
© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Политолог Арзу Нагиев
Arzu Nağıyev qeyd edib ki, hazırda Ermənistanda mürəkkəb vəziyyət yaranıb:
"Onlar son müharibədəki məğlubiyyətləri barədə müxalifət və iqtidar nümayəndələrinin təmsil olunduğu komissiya qurublar. Həmçinin son vaxtlar Araik Arutyunyanla bağlı müxtəlif xəbərlər gəlir, onun qaçmağa hazırlaşdığı bildirilir. Bununla yanaşı Paşinyan Qarabağ adından istifadə etməklə xarici fondlardan yardım umur".
Millət vəkili bildirib ki, Paşinyanın status haqqında açıq-açıq danışa bilməməsi artıq məlumdur:
"Lakin Qarabağdakı erməni icmasını sakitləşdirmək üçün belə bəyanatlara ehtiyac duyur. Paşinyan özünü sığortalamağa çalışır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan, 1920, 21.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əliyevlə Putin Müttəfiqlik Bəyannəməsi imzalayacaqlar
Xəbər lenti
0