https://sputnik.az/20220221/kiyevin-nuve-ambisiyalari-qlobal-facie-ile-neticelene-biler-439415789.html
Kiyevin nüvə ambisiyaları qlobal faciə ilə nəticələnə bilər
Kiyevin nüvə ambisiyaları qlobal faciə ilə nəticələnə bilər
Sputnik Azərbaycan
Ukraynanın nüvəsiz statusdan imtina etməsi ilə Rusiyanı və dünyanı nə hədələyir? Putin və Baydenin iştirakı ilə keçiriləcək təhlükəsizlik sammitindən Ukrayna... 21.02.2022, Sputnik Azərbaycan
2022-02-21T19:13+0400
2022-02-21T19:13+0400
2022-02-21T19:13+0400
rusiya
duma
deputat
təhlükəsizlik
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439401788_0:320:3072:2048_1920x0_80_0_0_8b929609423c04ac63e0a9f4a50fb9b1.jpg
BAKI, 21 fevral - Sputnik. Bütün Ukrayna xalqı öz ölkəsinin kənardan idarə olunan rəhbərliyi ilə birlikdə vəziyyətin girovluğundadır. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin üzvü Artyom Turov “Sputnik rus dilində” Youtube kanalına müsahibəsində Donbassdakı vəziyyətin Rusiya parlamentində necə göründüyü barədə danışıb.Siyasətçi əmindir ki, öz reytinqini (və o, sürətlə düşür) və partiyanın reytinqini yüksəltmək üçün Zelenski təcili olaraq bəzi addımlar atmalıdır. Və məhz bu səbəbdən “dəhşətli və qanlı qarşıdurma baş verə bilər”.Vladimir Zelenskinin bəyan etdiyi Ukraynanın nüvəsiz statusdan imtina etməsinə gəlincə, Turov əmindir ki, dünya ictimaiyyəti bununla razılaşmayacaq:"Xüsusilə nəzərə alsaq ki, son bir neçə onillikdə Ukraynada ümumiyyətlə sabitlik olmayıb - “hakimiyyətdə, inkişaf vektorunda daimi dəyişikliklər, dövlət hakimiyyətinin deqradasiyası, diplomatiya”.Daha sonra deputat dünya ictimaiyyətinin buna imkan verməyəcəyinə, onların London və Vaşinqtondakı liderləri indi kiminlə məşğul olduqlarını başa düşdüklərinə əminliyini bidldirib:"Əminəm ki, bu, təkcə konkret regiona deyil, həm də bütün qitəni əhatə edə biləcək faciəyə gətirib çıxara bilər", - deyə Turov vurğulayıb.Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri arasında qarşıdan gələn sammitə gəlincə, o, Rusiyanın "eşidilməsi" vacibdir.Siyasətçi hesab edir ki, “təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər təkcə Rusiyaya deyil, həm də Avropa ölkələrinə, ümumi Qərbə lazımdır”:"Ölkələrimizin liderləri arasında baş tutacaq dialoq bir-birimizə doğru atılan çox mühüm addımdır", - deyə Turov fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220221/bayden-emin-etdi-ki-ukrayna-gunu-sabah-nato-ya-qebul-edilmeyecek-439414821.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439401788_0:0:2731:2048_1920x0_80_0_0_ad0587f730c136810f3c21f0dadd973f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
duma, deputat, təhlükəsizlik, abş, rusiya
duma, deputat, təhlükəsizlik, abş, rusiya
Kiyevin nüvə ambisiyaları qlobal faciə ilə nəticələnə bilər
Ukraynanın nüvəsiz statusdan imtina etməsi ilə Rusiyanı və dünyanı nə hədələyir? Putin və Baydenin iştirakı ilə keçiriləcək təhlükəsizlik sammitindən Ukrayna məsələsinin həllini gözləmək lazımdırmı?
BAKI, 21 fevral - Sputnik. Bütün Ukrayna xalqı öz ölkəsinin kənardan idarə olunan rəhbərliyi ilə birlikdə vəziyyətin girovluğundadır. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin üzvü Artyom Turov “Sputnik rus dilində” Youtube kanalına müsahibəsində Donbassdakı vəziyyətin Rusiya parlamentində necə göründüyü barədə danışıb.
Siyasətçi əmindir ki, öz reytinqini (və o, sürətlə düşür) və partiyanın reytinqini yüksəltmək üçün Zelenski təcili olaraq bəzi addımlar atmalıdır. Və məhz bu səbəbdən “dəhşətli və qanlı qarşıdurma baş verə bilər”.
Vladimir Zelenskinin bəyan etdiyi Ukraynanın nüvəsiz statusdan imtina etməsinə gəlincə, Turov əmindir ki, dünya ictimaiyyəti bununla razılaşmayacaq:
"Xüsusilə nəzərə alsaq ki, son bir neçə onillikdə Ukraynada ümumiyyətlə sabitlik olmayıb - “hakimiyyətdə, inkişaf vektorunda daimi dəyişikliklər, dövlət hakimiyyətinin deqradasiyası, diplomatiya”.
Daha sonra deputat dünya ictimaiyyətinin buna imkan verməyəcəyinə, onların London və Vaşinqtondakı liderləri indi kiminlə məşğul olduqlarını başa düşdüklərinə əminliyini bidldirib:
"Əminəm ki, bu, təkcə konkret regiona deyil, həm də bütün qitəni əhatə edə biləcək faciəyə gətirib çıxara bilər", - deyə Turov vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri arasında qarşıdan gələn sammitə gəlincə, o, Rusiyanın "eşidilməsi" vacibdir.
Siyasətçi hesab edir ki, “təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər təkcə Rusiyaya deyil, həm də Avropa ölkələrinə, ümumi Qərbə lazımdır”:
"Ölkələrimizin liderləri arasında baş tutacaq dialoq bir-birimizə doğru atılan çox mühüm addımdır", - deyə Turov fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.