https://sputnik.az/20220221/bayden-emin-etdi-ki-ukrayna-gunu-sabah-nato-ya-qebul-edilmeyecek-439414821.html
Bayden əmin etdi ki, Ukrayna günü sabah NATO-ya qəbul edilməyəcək - RF Prezidenti
Bayden əmin etdi ki, Ukrayna günü sabah NATO-ya qəbul edilməyəcək - RF Prezidenti
Sputnik Azərbaycan
Rusiya prezidententinin sözlərinə görə, ABŞ hesab edir ki, Ukrayna bu gün hazır deyil.
2022-02-21T18:40+0400
2022-02-21T18:40+0400
2022-02-21T18:41+0400
putin
co bayden
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439236746_0:166:3051:1882_1920x0_80_0_0_1418ea3e0cd11a62c5abf4d3b17f446b.jpg
BAKI, 21 fevral - Sputnik. Amerika lideri Co Bayden bizi Ukraynanın günü sabah NATO-ya qəbul olunmayacağına, üstəlik, moratoriumun mümkünlüyünə inandırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında deyib.“Mən bu barədə həmkarlarımla danışıram və amerikalı həmkarım əmin etdi ki, Ukrayna günü sabah qəbul olunmayacaq. Üstəlik, buna bir növ moratoriumun qoyulması da mümkündür. Lakin onlar hesab edirlər ki, Ukrayna bu gün hazır deyil”, - Putin bildirib.Qeyd edək ki, bir qədər bundan əvvəl ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron Rusiya ilə bağlı problemin diplomatik həlli, eləcə də Moskvanın qarşısının alınması məsələsini müzakirə ediblər.Yelisey sarayının məlumatına görə, liderlər, xüsusən də Ukrayna regionundakı vəziyyətdən danışaraq, "eskalasiyanın qarşısını almaq, riskləri azaltmaq və sülhü qorumaq üçün lazım olan bütün tədbirləri görməyə dair qəti öhdəliklər götürüblər".Bu söhbətdən sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439236746_160:0:2891:2048_1920x0_80_0_0_f40811fe0122c44764783d9f5fad666a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bayden əmin etdi ki, ukrayna günü sabah nato-ya qəbul edilməyəcək
bayden əmin etdi ki, ukrayna günü sabah nato-ya qəbul edilməyəcək
Bayden əmin etdi ki, Ukrayna günü sabah NATO-ya qəbul edilməyəcək - RF Prezidenti
18:40 21.02.2022 (Yenilənib: 18:41 21.02.2022) Rusiya prezidententinin sözlərinə görə, ABŞ hesab edir ki, Ukrayna bu gün hazır deyil.
BAKI, 21 fevral - Sputnik. Amerika lideri Co Bayden bizi Ukraynanın günü sabah NATO-ya qəbul olunmayacağına, üstəlik, moratoriumun mümkünlüyünə inandırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında deyib.
“Mən bu barədə həmkarlarımla danışıram və amerikalı həmkarım əmin etdi ki, Ukrayna günü sabah qəbul olunmayacaq. Üstəlik, buna bir növ moratoriumun qoyulması da mümkündür. Lakin onlar hesab edirlər ki, Ukrayna bu gün hazır deyil”, - Putin bildirib.
Qeyd edək ki, bir qədər bundan əvvəl ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron Rusiya ilə bağlı problemin diplomatik həlli, eləcə də Moskvanın qarşısının alınması məsələsini müzakirə ediblər.
Yelisey sarayının məlumatına görə, liderlər, xüsusən də Ukrayna regionundakı vəziyyətdən danışaraq, "eskalasiyanın qarşısını almaq, riskləri azaltmaq və sülhü qorumaq üçün lazım olan bütün tədbirləri görməyə dair qəti öhdəliklər götürüblər".
Bu söhbətdən sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.