https://sputnik.az/20220221/ermenistanin-separatciligi-bolgeni-felakete-surukleyib---xn-439383674.html
Ermənistanın separatçılığı bölgəni fəlakətə sürükləyib - XİN
Ermənistanın separatçılığı bölgəni fəlakətə sürükləyib - XİN
Sputnik Azərbaycan
Ermənistan XİN-in "dirçəliş" kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb. 21.02.2022, Sputnik Azərbaycan
2022-02-21T11:14+0400
2022-02-21T11:14+0400
2022-02-21T11:53+0400
xarici işlər nazirliyi
siyasət
ermənistan
ermənistan xin
separatçı
separatçı rejim
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637825_0:102:2000:1227_1920x0_80_0_0_e09d5dfef68cb43cf914a39cf8431e76.jpg
BAKI, 21 fevral — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib."Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.Ermənistan XİN-in "dirçəliş" kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib.Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir.Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur", - deyə qeyd olunub.Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyə bilərsiz!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637825_114:0:1887:1330_1920x0_80_0_0_2c4a4f3067cba63ea589e4037c366b6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan ermənistan xin-in bəyanatını qınadı
azərbaycan ermənistan xin-in bəyanatını qınadı
Ermənistanın separatçılığı bölgəni fəlakətə sürükləyib - XİN
11:14 21.02.2022 (Yenilənib: 11:53 21.02.2022) Ermənistan XİN-in "dirçəliş" kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb.
BAKI, 21 fevral — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib.
"Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.
Ermənistan XİN-in "dirçəliş" kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib.
Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir.
Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur", - deyə qeyd olunub.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın
Telegram kanalından izləyə bilərsiz!