https://sputnik.az/20220221/bakida-beynelxalq-ekoloji-konfrans-kecirilecek-439411267.html
Bakıda beynəlxalq ekoloji konfrans keçiriləcək
Bakıda beynəlxalq ekoloji konfrans keçiriləcək
Sputnik Azərbaycan
Konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması, qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq 21.02.2022, Sputnik Azərbaycan
2022-02-21T20:22+0400
2022-02-21T20:22+0400
2022-02-21T20:28+0400
bakı
cəmiyyət
ekologiya
konfrans
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_0:0:3068:1727_1920x0_80_0_0_38b4a44c57dccfb8a8a6b7d0f57b6947.jpg
BAKI, 21 fevral — Sputnik. Martın 16-da Bakıda "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü"nün (CEPI) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə "Dekorbanizasiya və yeni enerjiyə keçid" mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.Sputnik Azərbaycan-ın "APA"ya istinadən xəbərinə görə, konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması, qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumları ilə yanaşı, Birləşmiş Krallığın Lordlar Palatası üzvlərinin, ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya Bankı təmsilçilərinin, BP, "KazMunayGaz", "Total E&P Absheron B.V.", "Equinor", "Rosneft", "Lukoil" kimi neft-qaz şirkətlərinin rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və media nümayəndələrinin iştirakı nəzərdə tutulur."Dekarbonizasiya və yeni enerjiyə keçid" və "Neft-qaz əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə" sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq xarakterli təqdimatlar keçiriləcək.Tədbirdə həmçinin adaptasiya və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.Xatırladaq ki, CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində "Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü"nün yaradılmasına dair SOCAR, "KazMunayGaz", BP, "Total E&P Absheron B.V." və "Equinor Absheron AS" şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_215:0:2944:2047_1920x0_80_0_0_e899c56c6cd2134a99db7a903e832d1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, ekologiya, konfrans
bakı, ekologiya, konfrans
Bakıda beynəlxalq ekoloji konfrans keçiriləcək
20:22 21.02.2022 (Yenilənib: 20:28 21.02.2022) Konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması, qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq
BAKI, 21 fevral — Sputnik. Martın 16-da Bakıda "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü"nün (CEPI) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə "Dekorbanizasiya və yeni enerjiyə keçid" mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.
Sputnik Azərbaycan-ın "APA"ya istinadən xəbərinə görə, konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması, qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumları ilə yanaşı, Birləşmiş Krallığın Lordlar Palatası üzvlərinin, ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya Bankı təmsilçilərinin, BP, "KazMunayGaz", "Total E&P Absheron B.V.", "Equinor", "Rosneft", "Lukoil" kimi neft-qaz şirkətlərinin rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
"Dekarbonizasiya və yeni enerjiyə keçid" və "Neft-qaz əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə" sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq xarakterli təqdimatlar keçiriləcək.
Tədbirdə həmçinin adaptasiya və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Xatırladaq ki, CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində "Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü"nün yaradılmasına dair SOCAR, "KazMunayGaz", BP, "Total E&P Absheron B.V." və "Equinor Absheron AS" şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.