https://sputnik.az/20220221/azerbaycanli-deputat-yerevandaki-iclasa-sedrlik-edecek-439391896.html
Azərbaycanlı deputat Yerevandakı iclasa sədrlik edəcək
Azərbaycanlı deputat Yerevandakı iclasa sədrlik edəcək
Sputnik Azərbaycan
Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənəd müzakirə olunacaq. 21.02.2022, Sputnik Azərbaycan
2022-02-21T13:20+0400
2022-02-21T13:20+0400
2022-02-21T13:35+0400
deputat
siyasət
tahir mirkişili
"avronest" pa
"avronest" parlament assambleyası
https://cdnn1.img.sputnik.az/img/41996/59/419965960_0:0:2000:1125_1920x0_80_0_0_784a4c01497e84d355b76cde0dce63c0.jpg
BAKI, 21 fevral — Sputnik. Azərbaycan parlamentinin deputatları Yerevana gəliblər.Sputnik Azərbaycan "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə məlumatı iqtidardakı "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Mariya Karapetyan təsdiqləyib.Deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Yerevana gediblər.AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili APA-ya AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənədin müzakirə olunacağını bildirib.T.Mirkişili deyib ki, birinci sənəd "Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları" olacaq. Sənədin müəllifi Gürcüstan Parlamentinin üzvü Maia Bitadzedir.Qeyd edək ki, iclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri T.Mirkişili edəcək.T.Mirkişili nəzərə çatdırıb ki, ikinci sənəd, "İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetmənin təkmilləşdirilməsi" mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan Parlamentinin üzvü Mariya Karapetyandır:"İclasda eyni zamanda cari geosiyasi kontekstdə Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində rus qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaq".Qeyd edək ki, fevralın 22-də Yerevanda AVRONEST PA-nın komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri T.Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyə bilərsiz!Həmçinin oxuyun:Azərbaycanlı deputatlar Ermənistana gedirlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41996/59/419965960_214:0:1987:1330_1920x0_80_0_0_e758ce1c295074890e9d9d3040dd7bba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
milli məclisin deputatı ermənistanda: iclasa rəhbəlik edəcək
milli məclisin deputatı ermənistanda: iclasa rəhbəlik edəcək
Azərbaycanlı deputat Yerevandakı iclasa sədrlik edəcək
13:20 21.02.2022 (Yenilənib: 13:35 21.02.2022) Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənəd müzakirə olunacaq.
BAKI, 21 fevral — Sputnik. Azərbaycan parlamentinin deputatları Yerevana gəliblər.
Sputnik Azərbaycan "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə məlumatı iqtidardakı "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Mariya Karapetyan təsdiqləyib.
Deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Yerevana gediblər.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili APA-ya AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənədin müzakirə olunacağını bildirib.
T.Mirkişili deyib ki, birinci sənəd "Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları" olacaq. Sənədin müəllifi Gürcüstan Parlamentinin üzvü Maia Bitadzedir.
Qeyd edək ki, iclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri T.Mirkişili edəcək.
T.Mirkişili nəzərə çatdırıb ki, ikinci sənəd, "İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetmənin təkmilləşdirilməsi" mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan Parlamentinin üzvü Mariya Karapetyandır:
"İclasda eyni zamanda cari geosiyasi kontekstdə Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində rus qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaq".
Qeyd edək ki, fevralın 22-də Yerevanda AVRONEST PA-nın komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri T.Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın
Telegram kanalından izləyə bilərsiz!