Vladimir Litvintsev: Pekində zədə ilə çıxış etdim - müsahibə

© AP Photo / Bernat ArmangueАзербайджанский фигурист Владимир Литвинцев
Азербайджанский фигурист Владимир Литвинцев - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Azərbaycanlı fiqurlu konkisürən Pekin Olimpiadasından, Kamilə Vəliyeva ilə ünsiyyətindən və gələcək planlarından danışıb.
BAKI, 20 fevral — Sputnik. Azərbaycanlı fiqurlu konkisürən Vladimir Litvintsev Pekində keçirilən Qış Olimpiya Oyunlarında debüt edərək 18-ci yeri tutub.
Ən yüksək nəticə olmasa da, idmançı öz üzərində işləməyə davam etmək və hazırkı nəticələri yaxşılaşdırmaq niyyətindədir. Sputnik Azərbaycan-a eksklüziv müsahibə verən Litvintsev Pekin Olimpiadası ilə bağlı təəssüratlarını bölüşüb və gələcək planlarından danışıb.
© AFP 2024 / ANTONIN THUILLIERАзербайджанский фигурист Владимир Литвинцев
Азербайджанский фигурист Владимир Литвинцев - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Азербайджанский фигурист Владимир Литвинцев
Olimpiada Dünya Kuboku qədər çətin deyildi
- Pekin Olimpiadası ilə bağlı təəssüratlarınızı bölüşün?
- Belə deyim ki, bu adi yarışlar kimi idi, ancaq eyni zamanda, burada dünya və ya Avropa çempionatından daha çox başqa idman növlərindən olan idmançılar var idi. Hər şey bir az fərqlidir, daha da geniş əhatəlidir.
Təbii ki, müxtəlif covid məhdudiyyətləri, həmçinin maska taxmaq vacibliyi bir qədər insanı çaşdırır. Ümumiyyətlə, təəssüratlar müsbətdir, mənim üçün çox maraqlı təcrübədir. Bu, həyatımda ilk iştirak etdiyim Olimpiya Oyunları idi.
- Məhdudiyyətlər nə dərəcədə ciddi idi?
- Olduqca ciddi idi. Xüsusilə, idmançılar Olimpiya kəndindən kənara çıxmamalı, yalnız hoteldən konkisürmə meydançasına gedib və geri qayıtmalı idilər.
- Bütün bunlar nə qədər psixoloji təzyiq göstərdi?
- Stokholmda keçirilən dünya çempionatı ilə müqayisədə Pekində daha asan idi. İsveçdə hotel və konkisürmə meydançası eyni binada yerləşirdi, yəni heç yerə çıxmaq mümkün deyildi və bu, həqiqətən də psixoloji təzyiq yaradır.
Pekində kifayət qədər böyük Olimpiya kəndi var ki, hardakı mən rahatlıqnan gəzirdim, oyun mərkəzinə və idman zalına gedirdim, avtobusa gəzintiyə çıxırdım. Bu yenə də ən azı bir növ beyin üçün dincəlmədir.
Belə ki, covid məhdudiyyətlərinin mənə təsir etdiyini hiss etmədim. Pekində keçirilən Olimpiada yarışlarının Stokholmda keçirilən dünya çempionatından daha asan olduğunu deyə bilərəm.
© AFP 2024 / DANIEL MIHAILESCUВладимир Литвинцев, фото из архива
Владимир Литвинцев, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Владимир Литвинцев, фото из архива
Aldığım zədə daha yaxşı çıxış etməyimə mane oldu
- Siz həmçinin Pekin Olimpiadasının açılış mərasimində də Azərbaycanın bayraqdarı olmusunuz. Hansı hissləri yaşamısınız?
- Təsvir olunmayan şeyi necə təsvir etmək olar? (gülümsəyir). Əlbəttə ki, çox xoş idi, qürurlu idim. Əgər Azərbaycan Federasiyası olmasaydı, bəlkə də orada olmazdım. Ona görə də, əlbəttə ki, mən olimpiadaya çıxıb ölkəni orada təmsil edə bildiyim üçün Azərbaycana çox minnətdaram.
- Oyunlardakı çıxışınızı necə qiymətləndirərdiniz?
- Düzünü desəm, çıxışımdan məmnunam, çünki səhhətimdə çətinliklər var idi. Zədə ilə konki sürmək çox çətindir. Bütün bunlar müalicə olunur, yəni o qədər də ciddi bir şey yoxdur. Ancaq dünya, Avropa çempionatları və Olimpiya oyunları davamlı irəlilədiyi üçün buna vaxt yoxdur.
Məşqlərdə hər zaman özümü məhdudlaşdırmaq məcburiyyətində qalıram ki, bu da buz üzərində özümü bacardığım qədər inamlı hiss edə bilmirəm və buna görə də nəticə o qədər də yüksək olmadı.
Buna baxmayaraq, hesab edirəm ki, layiqli nəticə göstərdim və özümdən məmnunam.
- Zədədən danışardınız?
- Bu, kiçik baldır sümüyünün stress sınığıdır və sağalması üçün bir qədər zaman lazım olur. Hərçənd ki, onunla məşq etmək mümkündür. Bir çox fiqurlu konkisürənlərin belə zədələri var, xüsusən də Eteri Tutberidze ilə ağır stres altında məşq edənlər belə bir zədə alırlar. Dərmanlar və fizioterapiya ilə zədəni ağrısızlaşdırmağı bacarıram, ancaq bu müvəqqəti təsirdir, bu yanaşma ilə zədə tam sağalmır.
Stress sınığı bir növ tədricən yaranan sınıqdır, bu halda sümüyün strukturu dəyişilir. Bu cür zədə adi bir sınıqdan daha uzun müddətə sağalır, çünki konki hər zaman ayagın eyni yerinə təzyiq göstərdiyi üçün yük daim hiss olunur. Təsəvvür edin, hər gün konki üzərində dayanırsınız və hər gün də sümüyə təzyiq olunur. Sadəcə olaraq bu prosesi idarə etmək olar, ancaq ayağa güclü yük versəniz, sadəcə çıxış edə bilməyəcəksiniz.
Kamilə Vəliyeva haqqında
- Pekin Olimpiadasından söz düşmüşkən, rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ilə bağlı vəziyyəti nəzərdən qaçırmaq olmaz. Bu hekayəyə münasibətinizi bilmək istərdim və rusiyalı həmkarlarınızı dəstəklədinizmi?
- Bəli, dəstəklədim. Mən Kamilənin özü ilə də söhbət etmişəm, yeri gəlmişkən, afərin ona. Bilirsiniz, ünsiyyət zamanı o, tamamilə sakit idi, sanki heç bir şey baş verməmiş və heç kim onu müzakirə etməmiş kimi. Bu çox xoş idi.
Bütövlükdə vəziyyətə gəldikdə isə, kimin haqlı, kimin haqsız olduğunu bilmədiyim üçün bu barədə öz fikrimi deyə bilmərəm. Çünki bunun üçün lazım olan bütün məlumatlara malik deyiləm. Ona görə də bu barədə heç bir fikrim yoxdur.
- Bu hekayə onun sərbəst konkisürmədəki çıxışına nə dərəcədə təsir etdi?
- Təbii ki, əks olunub. Bütün bunları göstərməsə də, çox böyük təzyiqlərə məruz qaldı və bu, əks olunmaya bilməzdi. Bundan əlavə, o, komanda yarışlarında çıxış edirdi, digər qızlar isə orada iştirak etmirdilər.
- Yekaterina Ryabovanın Oyunlardakı çıxışını izlədinizmi?
- Bəli, qısa proqramın çıxışını birbaşa Pekində izlədim. Xüsusi olaraq biletləri dəyişdim və onu dəstəkləmək üçün Pekində qaldım. Həmin vaxt yolda olduğum üçün artıq sərbəst verilişi izləmək mümkün olmadı. Ancaq bilirəm ki, o, qısa proqramdan sonra layiqli nəticə göstərdi və mövqeyini yaxşılaşdırdı.
Ümumiyyətlə, düşünürəm ki, bizim potensialımız var və məşq etmək, daha yaxşı nəticələr əldə etmək üçün çox böyük istəyimiz var. Əminəm ki, daha çox şey etməyə qadirəm.
- Yeri gəlmişkən, əgər qadın fiqurlu konkisürmədə son illər ərzində gəncləşmə müşahidə olunursa, kişilərdə bu tendensiya o qədər də güclü deyil.
- Bu doğrudur. Anlayırsız ki, gənc qızların bədənləri hələ tam formalaşmadıqda tullana biləcəkləri müəyyən bir yaş dövrü var. Açığı, mən əmin deyiləm ki, Vəliyeva, Trusova və Şerbakova buz üzərində indi etdiklərini 20 yaşında da yerinə yetirə bilsinlər.
Yenə də hər şey idmançının genetikasından asılıdır. Yəqin ki, yeganə istisna Elizaveta Tuktamyshevadır, ancaq o, dördlü tullanmaya sahib deyil, yalnız üçlü tullanışla çıxış edir. Kişilərdə bu belə deyil, 20 ildən sonra da böyümə potensialı var.
© AFP 2024 / MANAN VATSYAYANAДелегация Азербайджана на открытии Зимних Олимпийских Игр Пекин-2022
Делегация Азербайджана на открытии Зимних Олимпийских Игр Пекин-2022 - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Делегация Азербайджана на открытии Зимних Олимпийских Игр Пекин-2022
Növbəti olimpiada üçün planlar
- Gələcək planlarınız nədən ibarətdir?
- Təbii ki, Dünya Çempionatında yaxşı nəticə göstərmək. Xüsusilə, Dünya Çempionatının ilk 15-liyinə düşmək istəyirəm. Bundan əlavə, növbəti mövsümə qədər daha bir dördlü tullanmanı öyrənməliyəm. Yəni, proqramı mürəkkəbləşdirmək lazımdır və belə məzmunla Qran Pridə ilk üçlüyə və ya Avropa çempionatında ən azı ilk beşliyə daxil olmaq olar.
Mən hətta indi də Olimpiadada çıxış etdikdən sonra Pekində məşq edirdim. Bir çox konkisürənlər də Pekində qalıb və orada Dünya Çempionatına hazırlaşıblar. Və məşqdə daha bir dördlü tullanma etdim, baxmayaraq ki, bunu yeddi aydır etmirdim.
- Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Qış İdman Növləri Federasiyasının rəhbərliyi dəyişib. Yeni kollektivlə əlaqə saxlamısınız?
- Bəli, elə bu yaxınlarda onlarla danışmışam. Əsasən maliyyə məsələlərini müzakirə etdik. Məsələn, indi buz, məşq, maaş ödəməliyəm. Mənə bundan sonra da dəstək olmağa hazır olduqlarını bildirdilər.
- Yəni, bundan sonra da Azərbaycanı təmsil etməyi davam etmək fikrindəsiniz?
- Əlbəttə. Başqa variantlar ola bilərmi? Heç vaxt başqa bir ölkə üçün çıxış etməyi düşünmürdüm.
- Növbəti Qış Olimpiya Oyunlarında çıxış etməyi gözləyirsinizmi?
- Çox ümid edirəm.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0