https://sputnik.az/20220220/memar-tarixi-abidenin-etrafinda-donerxana-sozunu-goren-turist-hec-vaxt-ora-gelmez-438881195.html
Memar: "Tarixi abidənin ətrafında "dönərxana" sözünü görən turist heç vaxt ora gəlməz"
Memar: "Tarixi abidənin ətrafında "dönərxana" sözünü görən turist heç vaxt ora gəlməz"
Sputnik Azərbaycan
Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrin bərpası üçün müəyyən məbləğdə pul ayrılır. Bəs görəsən, bərpa tələblərə cavab verirmi? 20.02.2022, Sputnik Azərbaycan
2022-02-20T09:42+0400
2022-02-20T09:42+0400
2022-02-20T09:42+0400
memar
mədəniyyət
tarixi abidələr
bərpa
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0a/427170332_0:0:3073:1728_1920x0_80_0_0_8b4c67dc819a1bf46b03346908dcc2cb.jpg
BAKI, 20 fevral — Sputnik. Restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və sairin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya – köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qalaraq yenilənməsidir. Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub. Yaxşı, bəs görəsən, ölkəmizdə restavrasiya olunmuş abidələrimiz yuxarıda sadalanan tələblərə cavab verirmi? Ümumiyyətlə, restavrasiya zamanı hansı amillər nəzərə alınmaldır? Sputnik Azərbaycan bu məsələni tanınmış memar Cahid Həsənovla müzakirə edib. C.Həsənov Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr, yeni formatlı heykəl layihələrinin müəllifidir.Restavrasiya tarixi görkəm verir, amma aktuallığı alırCahid müəllim deyir ki, ölkəmizdə çox yaxşı bərpaçılar var. Dövlətimiz də zaman-zaman abidələrimizin bərpası üçün maliyyə ayırıb. Amma bir məsələ var ki, təkcə abidənin təmiri ilə iş kifayətlənmir. Yəni, abidənin interyerinin və eksteryerinin bərpası tarixi bina kimi görkəmini verir, amma tarixi abidə kimi aktuallığını saxlaya bilmir: Təkcə o yox, 70 metr arxada olan prospektlə abidənin yaxınlığında olan elektrik dirəkləri belə fərqli olmalıdır. Hətta oradakı zibil qabları, oturacaqları da həmin dövrə aid olmalıdır".Tanınmış memar vurğulayır ki, yuxarıda sadalanan elementləri elə yaratmalıdırlar ki, gələn turist özünü bir anlıq qədim dövrdə hiss etsin: "Tarixi abidənin yaşı nə qədərdirsə, o dönəmdə işlənən materialdan istifadə etmək lazımdır. Ola bilər ki, mən o abidəyə ayağım ilişə-ilişə gedim. Mənə elə bu lazımdır. Mən hiss etməliyəm ki, abidənin inşa olunduğu tarixdə yol necə olub. İçərişəhərdə qəti asfaltdan istifadə olunmamalı idi. Bu olmazsa, onda xərclərin hamısı əbəs yerədir. Tarixi abidənin ətrafında "dönərxana" sözünü görən turist heç vaxt ora gəlməz"."Bizdə aləm dəyib bir-birinə. Baxırsan, tarixi abidədir, ora aparan yol asfalt örtüklüdür, müasir işıqlandırma qurulub və ən dəhşətlisi də odur ki, tarixi abidənin birinci mərtəbəsində hansısa iaşə obyekti fəaliyyət göstərir. Adi reklam belə, abidənin əhəmiyyətinə zərər gətirir", - deyə C. Həsənov əlavə edir.Laqundalanmış abidəyə gələn turisti necə aparasan?Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə bu mövzuda dəfələrlə danışmışıq. Tanıınmış elm adamı Azərbaycandakı abidələrin, xüsusi ilə Alban dövrü abidələrin restavrasiyasına ciddi ehtiyac olduğunu dilə gətirib. Tarixçi bununla bağlı dəfələrlə Mədəniyyət nazirliyinə müraciət edildiyini söyləyir: "Mən hələ sabiq nazir Əbülfəz Qarayevin dövründə də bölgəmizdəki abidələrin bir neçə ildən sonra yerlə yeksan olacağı haqqında dəfələrlə müraciət etmişəm. Artıq yorulmuşam, təəssüf ki, heç kəsi maraqlandırmır. Restavrasiya etdikləri abidələri də elə edirlər ki, etməsələr, ondan yaxşıdır."Tarixi abidələrimizi qorumaqla həm də ölkəmizdə turizm sektorunu inkişaf etdirmiş olarıq", - deyən alim qonşu Gürcüstanın praktikasından istifadə etməyə çağırdı. "Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər. Paytaxt Tbilisiyə baxaq, bütün abidələr qorunub-saxlanıb. Turizm sektorundan milyonlarla gəlir əldə edən ölkələrin vətəndaşları ölkələrinə turistləri cəlb etmək üçün tarixi abidələrindən istifadə edirlər. Bu, həm də ölkənin tarixinin tanınmasına rəvac verər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Niyə hər parkda ot üstündə otura, piknik edə bilmirik - Memar izah edir* Ev bizim, sirr özgənin: Belə materiala görə qonşuya səs çox gedir* "Polşalı memarlar Bakı tarixində iz qoyublar" - Səfir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0a/427170332_142:0:2871:2047_1920x0_80_0_0_ec17454901d8ca2e2c64f348e5d75eb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixi abidənin restavrasiya işi: "xərclərin hamısı əbəsdir" video
tarixi abidənin restavrasiya işi: "xərclərin hamısı əbəsdir" video
Memar: "Tarixi abidənin ətrafında "dönərxana" sözünü görən turist heç vaxt ora gəlməz"
Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrin bərpası üçün müəyyən məbləğdə pul ayrılır. Bəs görəsən, bərpa tələblərə cavab verirmi?
BAKI, 20 fevral — Sputnik. Restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və sairin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya – köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qalaraq yenilənməsidir.
Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub. Yaxşı, bəs görəsən, ölkəmizdə restavrasiya olunmuş abidələrimiz yuxarıda sadalanan tələblərə cavab verirmi? Ümumiyyətlə, restavrasiya zamanı hansı amillər nəzərə alınmaldır?
Sputnik Azərbaycan bu məsələni tanınmış memar Cahid Həsənovla müzakirə edib.
C.Həsənov Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr, yeni formatlı heykəl layihələrinin müəllifidir.
Restavrasiya tarixi görkəm verir, amma aktuallığı alır
Cahid müəllim deyir ki, ölkəmizdə çox yaxşı bərpaçılar var. Dövlətimiz də zaman-zaman abidələrimizin bərpası üçün maliyyə ayırıb. Amma bir məsələ var ki, təkcə abidənin təmiri ilə iş kifayətlənmir. Yəni, abidənin interyerinin və eksteryerinin bərpası tarixi bina kimi görkəmini verir, amma tarixi abidə kimi aktuallığını saxlaya bilmir:
"Bərpa olunun binanın təkcə özünün restavrasiyası rol oynamır. Onun ətrafında o ab-havanı yaradan zolaq olmalıdır. Əgər hər hansısa bir tarixi abidə bərpa olunubsa, onun ətrafında hansısa bir kafe, dönərxana və ya başqa iaşə obyekti varsa, bu onun ab-havasını öldürür. Hətta o abidəyə gedən yolu da elə etmək lazımdır ki, abidəyə yaxınlaşan turist hiss etsin ki, modern şəhərdən çıxıb, keçir cığıra, qədim dövrə düşür sanki.
Təkcə o yox, 70 metr arxada olan prospektlə abidənin yaxınlığında olan elektrik dirəkləri belə fərqli olmalıdır. Hətta oradakı zibil qabları, oturacaqları da həmin dövrə aid olmalıdır".
Tanınmış memar vurğulayır ki, yuxarıda sadalanan elementləri elə yaratmalıdırlar ki, gələn turist özünü bir anlıq qədim dövrdə hiss etsin: "Tarixi abidənin yaşı nə qədərdirsə, o dönəmdə işlənən materialdan istifadə etmək lazımdır. Ola bilər ki, mən o abidəyə ayağım ilişə-ilişə gedim. Mənə elə bu lazımdır. Mən hiss etməliyəm ki, abidənin inşa olunduğu tarixdə yol necə olub. İçərişəhərdə qəti asfaltdan istifadə olunmamalı idi. Bu olmazsa, onda xərclərin hamısı əbəs yerədir. Tarixi abidənin ətrafında "dönərxana" sözünü görən turist heç vaxt ora gəlməz".
"Bizdə aləm dəyib bir-birinə. Baxırsan, tarixi abidədir, ora aparan yol asfalt örtüklüdür, müasir işıqlandırma qurulub və ən dəhşətlisi də odur ki, tarixi abidənin birinci mərtəbəsində hansısa iaşə obyekti fəaliyyət göstərir. Adi reklam belə, abidənin əhəmiyyətinə zərər gətirir", - deyə C. Həsənov əlavə edir.
Laqundalanmış abidəyə gələn turisti necə aparasan?
Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə bu mövzuda dəfələrlə danışmışıq. Tanıınmış elm adamı Azərbaycandakı abidələrin, xüsusi ilə Alban dövrü abidələrin restavrasiyasına ciddi ehtiyac olduğunu dilə gətirib. Tarixçi bununla bağlı dəfələrlə Mədəniyyət nazirliyinə müraciət edildiyini söyləyir:
"Mən hələ sabiq nazir Əbülfəz Qarayevin dövründə də bölgəmizdəki abidələrin bir neçə ildən sonra yerlə yeksan olacağı haqqında dəfələrlə müraciət etmişəm. Artıq yorulmuşam, təəssüf ki, heç kəsi maraqlandırmır. Restavrasiya etdikləri abidələri də elə edirlər ki, etməsələr, ondan yaxşıdır.
"Tarixi abidələrimizi qorumaqla həm də ölkəmizdə turizm sektorunu inkişaf etdirmiş olarıq", - deyən alim qonşu Gürcüstanın praktikasından istifadə etməyə çağırdı.
"Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər. Paytaxt Tbilisiyə baxaq, bütün abidələr qorunub-saxlanıb. Turizm sektorundan milyonlarla gəlir əldə edən ölkələrin vətəndaşları ölkələrinə turistləri cəlb etmək üçün tarixi abidələrindən istifadə edirlər. Bu, həm də ölkənin tarixinin tanınmasına rəvac verər.
Dünyanın inkişaf etmiş ölkələri öz abidələri hesabına milyonlar qazanır. Biz isə abidələrimizlə tanış etməyə belə xəcalət çəkirik. Laqundalanmış, fakturasını itirmiş, tarixi itmiş abidəyə gələn turisti necə aparasan?"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.