https://sputnik.az/20220220/mede-xercenginin-ilkin-elametleri-melum-oldu-439309135.html
Mədə xərçənginin ilkin əlamətləri məlum oldu
Mədə xərçənginin ilkin əlamətləri məlum oldu
Sputnik Azərbaycan
Hətta az miqdarda yeməkdən sonra toxluq hissi də əlamətlər sırasındadır. 20.02.2022, Sputnik Azərbaycan
2022-02-20T08:38+0400
2022-02-20T08:38+0400
2022-02-20T08:38+0400
xərçəng
səhiyyə
mədə
əlamət
https://cdnn1.img.sputnik.az/img/42162/20/421622034_0:0:2000:1125_1920x0_80_0_0_70d33adb98952fb2216acffd276e7dab.jpg
BAKI, 20 fevral — Sputnik. Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən aşkarlana bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir.Sputnik Azərbaycan-ın məlumatına görə, tibb mütəxəssisi qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olur və pasiyent əlamətləri başqa xəstəliklərlə qarışdıra bilər. Mehta mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.Mütəxəssis xəbərdarlıq edib ki, erkən xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir - bu, qan analizi zamanı məlum olur.Həkim həmçinin əlavə edib ki, udmaq çətinləşəndə, qarının yuxarı hissəsində ağrılar yarananda, turşu axını yarananda və insan tez arıqladıqda həkimə müraciət etmək lazımdır. Bu əlamətlər digər xəstəlikləri göstərə bilər, lakin onları mütəxəssislə yoxlamaq lazımdır. Materialda Report-un tərcüməsindən istifadə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42162/20/421622034_0:0:2000:1501_1920x0_80_0_0_f21907b4be390667c5a840d29968f026.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədə xərçənginin ilkin əlamətləri: qanaxmaya səbəb ola bilər
mədə xərçənginin ilkin əlamətləri: qanaxmaya səbəb ola bilər
Mədə xərçənginin ilkin əlamətləri məlum oldu
Hətta az miqdarda yeməkdən sonra toxluq hissi də əlamətlər sırasındadır.
BAKI, 20 fevral — Sputnik. Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən aşkarlana bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir.
Sputnik Azərbaycan-ın məlumatına görə, tibb mütəxəssisi qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olur və pasiyent əlamətləri başqa xəstəliklərlə qarışdıra bilər. Mehta mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.
Mütəxəssis xəbərdarlıq edib ki, erkən xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir - bu, qan analizi zamanı məlum olur.
Həkim həmçinin əlavə edib ki, udmaq çətinləşəndə, qarının yuxarı hissəsində ağrılar yarananda, turşu axını yarananda və insan tez arıqladıqda həkimə müraciət etmək lazımdır. Bu əlamətlər digər xəstəlikləri göstərə bilər, lakin onları mütəxəssislə yoxlamaq lazımdır.
Materialda Report-un tərcüməsindən istifadə edilib.