Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi helikopterlərlə uçuş məşqləri keçirilib - VİDEO

© AR Ministry of DefenceHelikopterlərlə uçuş məşqləri keçirilib
Helikopterlərlə uçuş məşqləri keçirilib - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
BAKI, 20 fevral - Sputnik. Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib. Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlim müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən baş tutub.
Məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər.
Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0