Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ekspress COVID testləri bu adamlarda neqativ göstərir

© AFP 2024 / NATALIA KOLESNIKOVAТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Sınaq zamanı məlum olub ki, apteklərdə satılan ekspress testlər bəzi adamlarda cavabı neqativ göstərir.
BAKI, 20 fevral — Sputnik. Artıq bütün apteklərdə "koronavirus testi" satılır və bu test vasitəsilə insanlar xətəxanaya getmədən evdə virusa yoluxub-yoluxmdıqlarını öyrənə bilərlər. Vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahatdır. Son günlər COVID-19 virusuna yoluxanların sayının artması ilə bu testlərə maraq da artıb.
Bəs sözügedən ekspress testlər nə dərəcədə etibarlıdır?
Sputnik Azərbaycan xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.
"Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.
Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.", – deyə məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0