https://sputnik.az/20220220/covid-19-un-nadir-lakin-tehlukeli-fesadi-var---hekim-439365155.html
COVID-19-un nadir, lakin təhlükəli fəsadı var - Həkim
COVID-19-un nadir, lakin təhlükəli fəsadı var - Həkim
Sputnik Azərbaycan
Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 3690 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər COVID-19-dan dünyasını dəyişib.
2022-02-20T11:29+0400
2022-02-20T11:29+0400
2022-02-20T11:29+0400
covid-19
fəsad
xəstəlik
qan təzyiqi
https://cdnn1.img.sputnik.az/img/42354/19/423541963_0:0:1025:577_1920x0_80_0_0_31e2aaf0a3514f70a2e0f8195895b163.jpg
BAKI, 20 fevral - Sputnik. COVID-19-dan sağalan xəstələrdə qan təzyiqinin kəskin artıb-azalması müşahidə oluna bilər. RİA Novosti-nin məlumatına görə, bunu immunoloq tibb elmləri namizədi Nikolay Kryuçkov deyib."Damarların, ürəyin və ya beynin zədələnmələri hər biri öz səviyyəsində qan təzyiqinin artması şəklində təsirlər yarada bilər", deyə həkim bildirib.Onin sözlərinə görə, baş ağrılarından fərqli olaraq, bu simptoma daha az rast gəlinir. Ona görə də bu cür qan təzyiqinin artıb-azalması yalnız piylənmə və ya şəkərli diabet kimi digər faktorlar istisna edildikdən sonra COVİD-dən sonrakı əlamət kimi qiymətləndirilə bilər."Qanın laxtalanmasının pozulmasının olub-olmadığını yoxlamaq lazımdır. Digər, həddindən artıq psixo-emosional və fiziki yüklənmələr, həmçinin əvvəlki xəstəlikləri kimi amilləri istisna etmək lazımdır. Əgər post-COVID-ə qədər onlar olubsa və daha da pisləşibsə, o zaman bunu da xəstəliyin fəsadlarına aid etmək olar”, - deyə Kryuçkov fikrini yekunlaşdırıb.Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 3690 yeni yoluxma faktı qeydə alınıb, 6 963 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42354/19/423541963_53:0:964:683_1920x0_80_0_0_b234d36214c95ba20b6bc78020b1aa77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19-un nadir, lakin təhlükəli fəsadı var - həkim
covid-19-un nadir, lakin təhlükəli fəsadı var - həkim
COVID-19-un nadir, lakin təhlükəli fəsadı var - Həkim
Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 3690 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər COVID-19-dan dünyasını dəyişib.
BAKI, 20 fevral - Sputnik. COVID-19-dan sağalan xəstələrdə qan təzyiqinin kəskin artıb-azalması müşahidə oluna bilər.
RİA Novosti-nin məlumatına görə, bunu immunoloq tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.
"Damarların, ürəyin və ya beynin zədələnmələri hər biri öz səviyyəsində qan təzyiqinin artması şəklində təsirlər yarada bilər", deyə həkim bildirib.
Onin sözlərinə görə, baş ağrılarından fərqli olaraq, bu simptoma daha az rast gəlinir. Ona görə də bu cür qan təzyiqinin artıb-azalması yalnız piylənmə və ya şəkərli diabet kimi digər faktorlar istisna edildikdən sonra COVİD-dən sonrakı əlamət kimi qiymətləndirilə bilər.
"Qanın laxtalanmasının pozulmasının olub-olmadığını yoxlamaq lazımdır. Digər, həddindən artıq psixo-emosional və fiziki yüklənmələr, həmçinin əvvəlki xəstəlikləri kimi amilləri istisna etmək lazımdır. Əgər post-COVID-ə qədər onlar olubsa və daha da pisləşibsə, o zaman bunu da xəstəliyin fəsadlarına aid etmək olar”, - deyə Kryuçkov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 3690 yeni yoluxma faktı qeydə alınıb, 6 963 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.