https://sputnik.az/20220220/belarus-ve-rusiya-muharibenin-qarsisini-almaq-ucun-addimlar-atacaq---xrenin-439372854.html
Belarus və Rusiya müharibənin qarşısını almaq üçün addımlar atacaq - Xrenin
Belarus və Rusiya müharibənin qarşısını almaq üçün addımlar atacaq - Xrenin
Sputnik Azərbaycan
Nazir deyib ki, Birlik Dövlətinin reaksiya qüvvələrinin sınaq təlimlərini davam etdirilməsi barədə qərarı qəbul olunub.
2022-02-20T17:43+0400
2022-02-20T17:43+0400
2022-02-20T17:44+0400
dünya xəbərləri
belarus
müdafiə naziri
təlim
rusiya
ittifaq
dövlət
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426979836_0:0:3070:1728_1920x0_80_0_0_568dd9e58d06510e8a3d1e8c54364984.jpg
BAKI, 20 fevral - Sputnik. Belarus və Rusiya silahlı qüvvələrinin baş qərargahları öz regionlarında müharibənin qarşısını almaq üçün gələcək birgə addımları işləyib hazırlayacaqlar. RİA Novosti-nin xəbərinə görə, bunu bazar günü Belarusun müdafiə naziri Viktor Xrenin deyib."Təlim başa çatıb... İttifaq dövlətinin cavab qüvvələrinin sınağı davam etdiriləcək. Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahları birgə gələcək addımlar hazırlayacaq və biz bu qərarları həyata keçirəcəyik", - deyə nazir bildirib.Nazirin şərhi Belarus Müdafiə Nazirliyinin Telegram kanalında yerləşdirilib.Xrenin qeyd edib ki, “ilk növbədə təlimlər müharibənin qarşısını almağa yönəlib”.O vurğulayıb ki, Belarus və Rusiya prezidentləri dəfələrlə bu ölkələrin müharibə istəmədiyini bildiriblər.“Lakin onlar (Qərb – red.) bizi eşitmirlər və ya eşitmək istəmirlər... Ona görə də müvafiq qoşun qruplaşması yaradılıb, lazım gələrsə, müvafiq cavab verəcək”, - deyə nazir bildirib.Belarus Müdafiə Nazirliyinin rəhbəri onu da deyib ki, Belarus-Rusiya İttifaqı dövlətinin xarici sərhədləri yaxınlığında hərbi aktivliyin artması və Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, prezidentlər Birlik Dövlətinin reaksiya qüvvələrinin sınaq təlimlərini davam etdirmək qərarına gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
belarus
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426979836_223:0:2954:2048_1920x0_80_0_0_68755eb264d682c4d2b99384bb1d6400.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus və rusiya müharibənin qarşısını almaq üçün addımlar atacaq - xrenin
belarus və rusiya müharibənin qarşısını almaq üçün addımlar atacaq - xrenin
Belarus və Rusiya müharibənin qarşısını almaq üçün addımlar atacaq - Xrenin
17:43 20.02.2022 (Yenilənib: 17:44 20.02.2022) Nazir deyib ki, Birlik Dövlətinin reaksiya qüvvələrinin sınaq təlimlərini davam etdirilməsi barədə qərarı qəbul olunub.
BAKI, 20 fevral - Sputnik. Belarus və Rusiya silahlı qüvvələrinin baş qərargahları öz regionlarında müharibənin qarşısını almaq üçün gələcək birgə addımları işləyib hazırlayacaqlar. RİA Novosti-nin xəbərinə görə, bunu bazar günü Belarusun müdafiə naziri Viktor Xrenin deyib.
"Təlim başa çatıb... İttifaq dövlətinin cavab qüvvələrinin sınağı davam etdiriləcək. Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahları birgə gələcək addımlar hazırlayacaq və biz bu qərarları həyata keçirəcəyik", - deyə nazir bildirib.
Nazirin şərhi Belarus Müdafiə Nazirliyinin Telegram kanalında yerləşdirilib.
Xrenin qeyd edib ki, “ilk növbədə təlimlər müharibənin qarşısını almağa yönəlib”.
O vurğulayıb ki, Belarus və Rusiya prezidentləri dəfələrlə bu ölkələrin müharibə istəmədiyini bildiriblər.
“Lakin onlar (Qərb – red.) bizi eşitmirlər və ya eşitmək istəmirlər... Ona görə də müvafiq qoşun qruplaşması yaradılıb, lazım gələrsə, müvafiq cavab verəcək”, - deyə nazir bildirib.
Belarus Müdafiə Nazirliyinin rəhbəri onu da deyib ki, Belarus-Rusiya İttifaqı dövlətinin xarici sərhədləri yaxınlığında hərbi aktivliyin artması və Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, prezidentlər Birlik Dövlətinin reaksiya qüvvələrinin sınaq təlimlərini davam etdirmək qərarına gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.