Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan yanvarda onlarla ton çay ixrac edib

© Photo : Small and Medium Business Development Agency of the Republic of Azerbaijan"KOB könüllüləri" çay yığımında
KOB könüllüləri çay yığımında - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 59,1%, həcmi isə 18,7% artıb
BAKI, 20 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycan 267,69 min ABŞ dolları dəyərində 36,07 ton çay ixrac edib.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, bir il əvvəlki göstəricidən müvafiq olaraq 64,8% və 65,4% azdır.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
© Sputnik / Владимир Вяткин / Mediabanka keçidAzərçay
Фестиваль “Осенние дары Азербайджана” - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Azərçay
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 4 005,42 min dollar dəyərində 844,22 ton çay idxal olunub. 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 59,1%, həcmi isə 18,7% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,41% təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ərzaqla dolu səbət - Sputnik Azərbaycan, 1920, 19.02.2022
İQTİSADİYYAT
Ən çox hansı ərzaq məhsulları bahalaşıb - CƏDVƏL - VİDEO
Xəbər lenti
0