https://sputnik.az/20220219/latin-amerikasindan-dehsetli-goruntuler-birini-dasqin-birini-yangin-mehv-edir-vdeo-439339920.html
Latın Amerikasından dəhşətli görüntülər: birini daşqın, birini yanğın məhv edir VİDEO
Latın Amerikasından dəhşətli görüntülər: birini daşqın, birini yanğın məhv edir VİDEO
Sputnik Azərbaycan
Braziliyada daşqın insanların ölümünə, Argentinada isə yanğınlar meşə və bataqlıqların məhvinə səbəb olub. 19.02.2022, Sputnik Azərbaycan
2022-02-19T10:55+0400
2022-02-19T10:55+0400
2022-02-19T10:55+0400
dünya xəbərləri
latın amerikası
braziliya
argentina
leysan
daşqın
yanğın
video görüntü
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1f/437796779_0:317:3079:2048_1920x0_80_0_0_051d63a505d386d5931dec6a8a674bd6.jpg
BAKI, 19 fevral - Sputnik. Braziliyada çərşənbə axşamı başlayan leysan yağışlar səbəbindən daşqın və torpaq sürüşmələri baş verib. Hazırda həlak olanların sayının 136 nəfərə çatdığı bildirilir.Sputnik Azərbaycan-ın məlumatına görə, Rio-de-Janeyro ştatının xilasediciləri Petropolis şəhərində axtarışları davam etdirirlər. "Petropolisdə axtarış işləri dördüncü gündür ki, davam edir. Yanğınsöndürmə xidmətində hesab edirlər ki, palçıq və dağıntılar arasında qalan insanların qurtarılması hələ mümkündür. Həlak olanların ümumi sayı 136-dır", - Braziliya KİV yazır. Braziliya Məhkəmə Tibbi İnstitutunun məlumatına görə, ölənlər arasında 22 nəfər yetkinlik yaşına çatmayanlardır. Petropolisdəki fəlakətdən sonra 213 nəfər itkin hesab olunur. Çərşənbə axşamı güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. Altı saat ərzində bir kvadratmetr sahəyə 260 litr yağıntı düşüb. Bu, Braziliyanın adıçəkilən bölgəsində fevral normasından xeyli çoxdur.Argentinanın Korrientes əyalətində isə yanğınlar 785 238 hektar meşə və bataqlıq ərazisini məhv edib.APA bildirir ki, yanğınlar yanvarın ortalarından başlayıb və tez bir zamanda bataqlıqların və meşələrin geniş sahələrini əhatə edib. Yanğınların təsirinə məruz qalan ərazi əyalətin ümumi ərazisinin təxminən 9%-ni təşkil edir."Biz heç vaxt belə bir şey görməmişidik. Hazırda Korrientesdə ağlasığmaz 30 min hektar meşə indi yanır", - bölgənin qubernatoru Qustavo Valdez "Mitre" radiostansiyasının efirində deyib.Yanğınlarla bağlı vəziyyəti uzun sürən quraqlıq bir qədər də ağırlaşdırır.Əyalət rəhbərliyi yağışın ümidinə qalıb ki, proqnozlara görə, artıq bazar günü yağıntı ola bilər.Xatırladaq ki, Korrientesdə dünyanın ikinci ən böyük bataqlıq ərazisi olan Esteros del İbera Təbiət Qoruğu yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1f/437796779_0:0:2731:2048_1920x0_80_0_0_7dbc80ab569094a4ec2e1396f1920841.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəhşətli görüntülər: daşqın və yanğınlar belə məhv edir video
dəhşətli görüntülər: daşqın və yanğınlar belə məhv edir video
Latın Amerikasından dəhşətli görüntülər: birini daşqın, birini yanğın məhv edir VİDEO
Braziliyada daşqın insanların ölümünə, Argentinada isə yanğınlar meşə və bataqlıqların məhvinə səbəb olub.
BAKI, 19 fevral - Sputnik. Braziliyada çərşənbə axşamı başlayan leysan yağışlar səbəbindən daşqın və torpaq sürüşmələri baş verib. Hazırda həlak olanların sayının 136 nəfərə çatdığı bildirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Rio-de-Janeyro ştatının xilasediciləri Petropolis şəhərində axtarışları davam etdirirlər.
"Petropolisdə axtarış işləri dördüncü gündür ki, davam edir. Yanğınsöndürmə xidmətində hesab edirlər ki, palçıq və dağıntılar arasında qalan insanların qurtarılması hələ mümkündür. Həlak olanların ümumi sayı 136-dır", - Braziliya KİV yazır.
Braziliya Məhkəmə Tibbi İnstitutunun məlumatına görə, ölənlər arasında 22 nəfər yetkinlik yaşına çatmayanlardır. Petropolisdəki fəlakətdən sonra 213 nəfər itkin hesab olunur.
Çərşənbə axşamı güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. Altı saat ərzində bir kvadratmetr sahəyə 260 litr yağıntı düşüb. Bu, Braziliyanın adıçəkilən bölgəsində fevral normasından xeyli çoxdur.
Argentinanın Korrientes əyalətində isə yanğınlar 785 238 hektar meşə və bataqlıq ərazisini məhv edib.
APA bildirir ki, yanğınlar yanvarın ortalarından başlayıb və tez bir zamanda bataqlıqların və meşələrin geniş sahələrini əhatə edib. Yanğınların təsirinə məruz qalan ərazi əyalətin ümumi ərazisinin təxminən 9%-ni təşkil edir.
"Biz heç vaxt belə bir şey görməmişidik. Hazırda Korrientesdə ağlasığmaz 30 min hektar meşə indi yanır", - bölgənin qubernatoru Qustavo Valdez "Mitre" radiostansiyasının efirində deyib.
Yanğınlarla bağlı vəziyyəti uzun sürən quraqlıq bir qədər də ağırlaşdırır.
Əyalət rəhbərliyi yağışın ümidinə qalıb ki, proqnozlara görə, artıq bazar günü yağıntı ola bilər.
Xatırladaq ki, Korrientesdə dünyanın ikinci ən böyük bataqlıq ərazisi olan Esteros del İbera Təbiət Qoruğu yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.