Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kortəbii şəkildə qəbul edilən dərmanlar hansı fəsadlara yol aça bilər?

© Photo : PxHereDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Preparatların özbaşına qəbul edilməsi böyrək çatışmazlığı və bir çox xroniki xəstəliklərə də səbəb ola bilər.
BAKI, 19 fevral — Sputnik. Kortəbii şəkildə qəbul edilən dərman preparatları orqanizmdə müəyyən fəsadlara səbəb olur. Son zamanlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmaqdan qorunmaq üçün istifadə edilən dərmanların sayı artıb. Hətta bəzən profilaktika məqsədilə qəbul edilən preparatlar arasında qanduruldan dərmanlar da var.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Nərgiz Kərimovanın dediyinə görə, qandurulducu vasitələrdən necə gəldi istifadə edilməsi orqanizm üçün zərərlidir:
"Qandurulducular arasında ən çox yayılanlar Aspirin Kardio, Kardiomaqnil kimi dərmanlardır. Həmin dərmanların hansı xəstəlikdə istifadə edilməsi, xeyirli və zərərli olmağını yalnız həkim təyin edə bilər. Həkim təyinatı olmadan qandurulduculardan istifadə etmək düzgün deyil. Onlardan geniş istifadə olunması mədə qanaxmaları və mədə xoralarının yaranmasına səbəb ola bilər".
Həkim-terapevt onu da qeyd edib ki, belə preparatların özbaşına qəbul edilməsi böyrək çatışmazlığı və bir çox xroniki xəstəliklərə də səbəb ola bilər: "Qandurulduculardan istifadə etmək üçün hər bir xəstənin qan müayinələri olmalıdır. Laborator müayinələr aparmadan qandurulducu preparatlardan istifadə edilməsinin orqanizmə xeyrindən çox ziyanı ola bilər. COVID analizi müsbət çıxan hər bir xəstənin laborator analiz verməsi məsləhətdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0