Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda koronavirusa görə bağlanan sinif və məktəblərin sayı açıqlanıb

məktəb - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Ölkədə aşağı siniflər üzrə əyani tədris sentyabrın 22-dən, yuxarı siniflər üzrə isə sentyabrın 29-dan başlayıb.
BAKI, 19 fevral — Sputnik. Azərbaycanda koronavirusa görə distant təhsilə keçən sinif və məktəblərin sayı açıqlanıb.
Sputnik Azərbaycan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, 16 fevral tarixinə görə distant təhsildə olan sinif sayı 93, məktəb sayı isə 8-dir.
Qeyd edək ki, ölkədə aşağı siniflər üzrə əyani tədris sentyabrın 22-dən, yuxarı siniflər üzrə isə sentyabrın 29-dan başlayıb
Fevralın 18-nə olan məlumata görə, Azərbaycanda bir sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 3817 yeni yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0