https://sputnik.az/20220219/azerbaycanda-dehsetli-yangin---ana-ile-azyasli-qizi-oldu-439340109.html
Azərbaycanda dəhşətli yanğın - ana ilə azyaşlı qızı öldü
Azərbaycanda dəhşətli yanğın - ana ilə azyaşlı qızı öldü
Sputnik Azərbaycan
Zərdab rayonunun eyni kəndində üç qadının ölümünə səbəb olan iki faciəli hadisə yaşanıb. 19.02.2022, Sputnik Azərbaycan
2022-02-19T11:08+0400
2022-02-19T11:08+0400
2022-02-19T18:54+0400
yanğın
hadisə
zərdab
intihar
ana
qız
qadın
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434693219_0:0:2000:1125_1920x0_80_0_0_29882dede4e2e1b5f0aed056ddc0b595.jpg
BAKI, 19 fevral — Sputnik. Zərdab rayonunda yanğın hadisəsi baş verib.Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, yanğın rayonun Çallı kəndində qeydə alınıb. Ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Çallı kəndinin daha bir qadın sakini isə özünə qəsd edib. APA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Kamalə Nazim qızı Rəfiyeva intihar etmək məqsədi ilə sirkə turşusu içib. Nəticədə o, kəskin zəhərlənmədən dünyasını dəyişib.Məlumata görə, K.Rəfiyeva ailə münaqişəsi zəminində özünə qəsd edib.Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434693219_250:0:1750:1125_1920x0_80_0_0_9d7d9d0f0e1043194a2860eb1533787c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zərdab rayonunda eyni kənddə iki faciə: yanğın uşağı da öldürdü
zərdab rayonunda eyni kənddə iki faciə: yanğın uşağı da öldürdü
Azərbaycanda dəhşətli yanğın - ana ilə azyaşlı qızı öldü
11:08 19.02.2022 (Yenilənib: 18:54 19.02.2022) Zərdab rayonunun eyni kəndində üç qadının ölümünə səbəb olan iki faciəli hadisə yaşanıb.
BAKI, 19 fevral — Sputnik. Zərdab rayonunda yanğın hadisəsi baş verib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, yanğın rayonun Çallı kəndində qeydə alınıb. Ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Çallı kəndinin daha bir qadın sakini isə özünə qəsd edib. APA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Kamalə Nazim qızı Rəfiyeva intihar etmək məqsədi ilə sirkə turşusu içib. Nəticədə o, kəskin zəhərlənmədən dünyasını dəyişib.
Məlumata görə, K.Rəfiyeva ailə münaqişəsi zəminində özünə qəsd edib.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.