Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Вилаят Эйвазов
Вилаят Эйвазов  - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Daha əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov idi. O, bir neçə gün əvvəl təqaüdə göndərilib
BAKI, 17 fevral — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru Zaur Abdullayev tutduğu vəzifədən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.
Qeyd edək ki, daha əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov idi. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.
Xəbər lenti
0