Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşa və Ağdamla bağlı gözlənilən xəbər

Şuşa  - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb
BAKI, 18 fevral — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin maşurut və dəhlizlərini müəyyən edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. Onun sözlərinə görə, artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. T.Cəfərov əlavə edib ki, paralel olaraq layihələndirmə işləri də aparılır.
Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı planlaşdırılıb. Şuşa şəhəri üzrə layihələndirmə isə müəyyən qədər vaxt aparacaq. Dövlətin qərarı olduqdan və maliyyələşmə məsələləri həll edildikdən sonra artıq bilavasitə şəhərdaxili qaz şəbəkəsi yaradılacaq.
***
İşğaldan azad edilən ərazilərimizin qazlaşdırılması ilə bağlı layihələndirilmə işlərinə başlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, "Azəriqaz" İstehsalat Birliyinin bu gün jurnalistlər üçün təşkil olunan görüşündə bu haqda məlumat verilib. Məlumatda qeyd edilib ki, ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub.
Bunun üçün magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb, Şuşa, Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib. Sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.
Mart ayında "Azəriqaz" İB tərəfindən layihləndirmə işlərinin başa çatdırılması planlaşdırılır.
Məlumatda qeyd edilib ki, layihələndirmə işləri başa çatdırıldıqdan sonra maliyyə vəsaiti ayrılacaq, Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə başlanacaq.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!
Xəbər lenti
0