https://sputnik.az/20220218/sgaldan-azad-edilmis-zonada-yeni-astronomik-stansiya-qurulacaq-439325878.html
İşğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq
İşğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq
Sputnik Azərbaycan
Astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T23:05+0400
2022-02-18T23:05+0400
2022-02-18T23:05+0400
teleskop
elm
stansiya
astronomiya
şamaxı astrofizika rəsədxanası
kəlbəcər
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/14/436508480_0:0:3077:1731_1920x0_80_0_0_5fff3e2c1566857b92602ba068567a5d.jpg
BAKI, 18 fevral — Sputnik. Gələcəkdə işğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib.Professor deyib ki, azad olunmuş torpaqlarda infrastruktur qurulduqdan sonra bu istiqamətdə işə başlanılacaq.Onun sözlərinə görə, astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir: "Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını planlaşdırırıq. Stansiya Kəlbəcərdə hündür və əlverişli yüksəkliklərdən birində qurulacaq. Çünki stansiya 3000 metrdən yüksəklikdə yerləşməlidir. Belə yüksəkliklər Kəlbəcərdə mövcuddur".N.İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, orada müasir robot teleskopların yerləşdirilməsi, onların buradan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib.Bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq.Xatırladaq ki, Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib.Xəbərdə Trend-in materialından istifadə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/14/436508480_348:0:3077:2047_1920x0_80_0_0_1179f3192175fa3a9a7f98e4709bf10e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəlbəcərdə astronomik stansiyanın qurulması nə dərəcədə realdır?
kəlbəcərdə astronomik stansiyanın qurulması nə dərəcədə realdır?
İşğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq
Astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir.
BAKI, 18 fevral — Sputnik. Gələcəkdə işğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib.
Professor deyib ki, azad olunmuş torpaqlarda infrastruktur qurulduqdan sonra bu istiqamətdə işə başlanılacaq.
Onun sözlərinə görə, astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir: "Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını planlaşdırırıq. Stansiya Kəlbəcərdə hündür və əlverişli yüksəkliklərdən birində qurulacaq. Çünki stansiya 3000 metrdən yüksəklikdə yerləşməlidir. Belə yüksəkliklər Kəlbəcərdə mövcuddur".
N.İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, orada müasir robot teleskopların yerləşdirilməsi, onların buradan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib.
Bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq.
Xatırladaq ki, Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib.
Xəbərdə Trend-in materialından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.