Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Orqan transplantasiyası zamanı nələr əsas götürüləcək?

© Sputnik / Murad OrujovCərrah alətləri
Cərrah alətləri - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası formalaşdırılarkən qanunçuluq prinsipi əsas götürüləcək.
BAKI, 18 fevral — Sputnik. Orqan transplantasiyası ilə bağlı etika komissiyasının əmr layihəsi hazırlanıb və tezliklə təsdiq olunması nəzərdə tutulur.
Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyindən bildirilib ki, orqan donorluğu və transplantasiya üzrə etika komissiyası formalaşdırılarkən qanunçuluq prinsipi əsas götürüləcək və tərkibinə psixoloq, hüquqşünas daxil ediləcəkdir.
Məlumatda bildirilir ki, həkim-transplantoloqun, transplantasiyanın təşkilində hər hansı bir formada iştirak edən şəxslərin isə komissiyanın tərkibinə daxil edilməsinə yol verilməyəcək.
Qeyd edək ki, Azərbaycanda donor orqanların idxalı və ixracı qaydası da hazırlanıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrası məqsədilə Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasının hazırlanması nəzərdə tutulub. Qayda barədə təkliflər artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Prezidentin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası məqsədilə 15 qərar layihəsi hazırlanıb. Onlardan bir hissəsi Nazirlər Kabineti tərəfindən təsdiq olunub, digərləri isə təsdiq mərhələsindədir.
Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun bu il yanvarın 1-dən qüvvəyə minib.
Materialda Trend-in xəbərindən istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0