Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nazirlik "TEKNOFEST Azərbaycan"la bağlı güzəşt etdi

© AP Photo / Emrah GurelTEKNOFEST festivalı
TEKNOFEST festivalı - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
"Peyk modelləşdirilməsi", "Pilotsuz uçuş aparatları" və "Sailplaner" adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.
BAKI, 18 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb.
Sputnik Azərbaycan nazirliyə istinadən xəbər verir ki, innovativ ideya və layihələrlə çıxış edən məktəbli, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq səbəbindən adları aşağıda qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 28 fevral 2022-ci ilə qədər uzadılır:
– "Baku Skills"
– "Yaşıl texnologiyalar"
– "Aqrar texnologiyalar"
– "Sosial yönümlü texnologiyalar"
– "Robotexnika"
Bundan əlavə, "Ağıllı şəhər" konsepsiyasını ehtiva edən "SMART QARABAĞ" Hakatonu üçün son müraciət tarixi dəyişdirilərək aprelin 1-i müəyyən olunub.
Qeyd edək ki, "Peyk modelləşdirilməsi", "Pilotsuz uçuş aparatları" və "Sailplaner" adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.
Xəbər lenti
0