Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO

© AFP 2023 / RODGER BOSCHNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Pərviz Həşimlinin Abşeron rayonunda əsasən gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu müəyyən edilib.
BAKI, 18 fevral — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Saray qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qəsəbə ərazisində narkotik vasitələrin satışını həyata keçirən Pərviz Həşimli tutulub. Onun üzərinə baxış zamanı 300 qrama yaxın heroin, metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Pərviz Həşimlinin ətrafında aparılan arşdırmalar zamanı onun Abşeron rayonunda əsasən gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu müəyyən edilib.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Pərviz Həşimli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
O, valideynləri ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0