https://sputnik.az/20220218/misirde-azerbaycanli-sairin-elyazmalari-tapilib-439317957.html
Misirdə azərbaycanlı şairin əlyazmaları tapılıb
Misirdə azərbaycanlı şairin əlyazmaları tapılıb
Sputnik Azərbaycan
S.Nəsirov bundan öncə Gəncəvinin "Xəmsə"si və Nəsiminin Azərbaycan dilində "Külliyatı"nın əlyazmaları haqqında məlumat verib. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T23:46+0400
2022-02-18T23:46+0400
2022-02-18T23:46+0400
misir
mədəniyyət
şair
xaqani şirvani
https://cdnn1.img.sputnik.az/img/41200/12/412001276_0:0:963:541_1920x0_80_0_0_ed4e69db1a68441a90751799e1a038ed.jpg
BAKI, 18 fevral — Sputnik. Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan "Misir Kitablar Evi"ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapıb.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, şairin "Divan Xaqani" divanının dörd nüsxəsi, "Töhfətül İraqeyn" divanının isə əlyazma nüsxəsi aşkar edilib.Birinci nüsxə 1603-cü ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. İkinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində Hicri tarixi ilə 1454-cü ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində 1600-cı ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. 1420-ci ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı, müxtəlif şairlərin əsərləri də mövcuddur. "Töhfətül İraqeyn" adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən 1156-cı ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma 1694-cü ildə Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir.Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin "Xəmsə"si və İmadəddin Nəsiminin Azərbaycan dilində "Külliyatı"nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41200/12/412001276_0:0:721:541_1920x0_80_0_0_4018c8d7cadeb8b17690e94d33dcfbdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan şairinin 1454-cü ildə köçürülmüş əlyazmaları tapılıb
azərbaycan şairinin 1454-cü ildə köçürülmüş əlyazmaları tapılıb
Misirdə azərbaycanlı şairin əlyazmaları tapılıb
S.Nəsirov bundan öncə Gəncəvinin "Xəmsə"si və Nəsiminin Azərbaycan dilində "Külliyatı"nın əlyazmaları haqqında məlumat verib.
BAKI, 18 fevral — Sputnik. Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan "Misir Kitablar Evi"ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, şairin "Divan Xaqani" divanının dörd nüsxəsi, "Töhfətül İraqeyn" divanının isə əlyazma nüsxəsi aşkar edilib.
Birinci nüsxə 1603-cü ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. İkinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində Hicri tarixi ilə 1454-cü ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində 1600-cı ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir.
1420-ci ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı, müxtəlif şairlərin əsərləri də mövcuddur. "Töhfətül İraqeyn" adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən 1156-cı ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma 1694-cü ildə Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir.
Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin "Xəmsə"si və İmadəddin Nəsiminin Azərbaycan dilində "Külliyatı"nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.