https://sputnik.az/20220218/lombardlarin-daha-bir-deleduzlugu-439242277.html
Lombardların daha bir dələduzluğu
Lombardların daha bir dələduzluğu
Sputnik Azərbaycan
Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T09:33+0400
2022-02-18T09:33+0400
2022-02-18T09:33+0400
lombard
cəmiyyət
qızıl
pul
borc
nizamnamə
qadağan
qanunsuz
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439242249_0:0:3016:1697_1920x0_80_0_0_44e957ee0506929cfeccce77470e63f6.jpg
BAKI, 18 fevral — Sputnik. Bakıda fəaliyyət göstərən lombardların əksəriyyəti vətəndaşlardan faizlə aldıqları pulla fəaliyyət göstərir. Hətta lombardların çoxunun üzərində yüksək faizlə vətəndaşlardan borc pul götürüldüyü qeyd olunur. Lombard fəaliyyəti göstərənlərin özünün faizlə vətəndaşlardan pul toplaması birmənalı qarşılanmır. Ekspertlər belə lombardların əksəriyyətinin dələduzluqla məşğul olduğunu, onlara faizlə pul verən, eləcə də girov qoyaraq pul götürən vətəndaşların pul və qiymətli əşyalarını riskə atdıqlarını söyləyirlər.Sputnik Azərbaycan vətəndaşlara girov müqabilində faizlə pul verən lombardların özünün borca pul götürməsinin nə dərəcədə qanunauyğun olduğunu və bunun yaradacağı problemləri araşdırıb."3 faizə versəniz, götürərəm"Əvvəlcə faktı dəqiqləşdirmək üçün bir neçə lombardla əlaqə saxlayırıq. "Baku lombard"ın Mustafa adlı rəhbəri Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, o, borc pul götürmək istəyir: "Mənim "Xalqlar Dostluğu" ərazisində iki lombardım var. Həmin lombardlarda vətəndaşlara faizə pul vermək üçün özüm faizə pul götürmüşəm. Hazırda 75 min manat borcum var. Ayda 3600 manat pul ödəyirəm. Bank şərtləri ilə pul verən olsa, götürərəm. Amma 3 faizdən yüksək olmasın".Həmsöhbətimiz lombardların çoxunun bu yolla işlədiyini bildirib. Onun sözlərinə görə, hazırda öz pulu ilə lombard fəaliyyəti göstərən çox azdır. Amma lombard sahibi alacağı küllü məbləğdə pul müqabilində girov qoymayacağını bildirdi.Lombardın özü faizə pul alırsa...Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardların öz vəsaiti olmadan lombard fəaliyyəti göstərməsi qanunla düzgün deyil. Ekspert bildirib ki, bu gün lombardlara nəzarətin olmaması, onların fəaliyyətinə qanunla müəyyən qadağaların olmaması bu sahədə özbaşınalığa yol açıb: "Hazırda Pirallahıda lombardların vətəndaşlardan borca pul yığması halları artıb. Onlar maddi imkanı olan vətəndaşlardan aşağı faizlə pul alıb, yüksək faizlə girov müqabilində pula ehtiyacı olanlara verirlər. Bu isə nəinki həmin lombarddan girov qoyub pul götürən, elə lombarda aşağı faizlə pul verənləri də riskə atır.Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi. Həmin lombardın sahibinə aşağı faizlə pul verənlərin pulları, girov qoyub pul götürənlərin isə qiymətli əşyaları batdı".Risk yaradırƏ.Həsənov deyir ki, lombardın başqasından faizlə aldığı pulla fəaliyyət göstərməsi ciddi risk yaradır. Onun sözlərinə görə, Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur. Fəaliyyət göstərənlərin hamısı qanunsuzdur: "Lombard elə bir kommersiya qurumudur ki, öz pulu hesabına vətəndaşlara kredit verir. Kredit təminatının müqabilində vətəndaşlar müəyyən qiymətli əşyasını lombardda saxlanc olaraq girovda saxlayır. Həmin əşyalar adətən qızıl-zinət əşyaları olur. Kredit qayıtmayanda lombard qanuna görə borclunu məhkəməyə verməlidir. Həmin qızıl-zinət əşyaları hərracda satılmalıdır. Lombard da pulunu götürməlidir. Reallıqda Azərbaycanda bu proses necə baş verir? Heç bir lombard öz pulu hesabına kredit vermir. Bunun sübutu kimi Dövlət Vergi Xidmətinə daxil olub lombard sözünü axtarışa versək, orada qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu görərik. Bu da o deməkdir ki, lombardların öz pulu budur. Yəni bunlar özləri də borc alırlar"."Lombard əmanət qəbul edir"?Ə.Həsənov bildirdi ki, vətəndaşların lombarda borc verməsi qanunsuzdur: "Bunun adını "lombard əmanət qəbul edir" qoyublar. Əslində isə bu da qanunsuzluqdur. Faktiki olaraq qanunsuz bank fəaliyyətidir. Lombardlar öz pulları ilə yox, başqalarının pulları ilə risk edirlər".Ekspert deyir ki, bu qanunsuzluqların səbəbi Milli Məclisə təqdim olunmuş "Lombardlar haqqında" qanun layihəsinin üç ildir ki, qəbul edilməməsidir: "Lombardlara lisenziya verilməli, onların fəaliyyətinə Mərkəzi Bank nəzarət etməlidir. Amma hələ ki, qanunun qəbulu ləngiyir. Bu qanun qəbul olunarsa, ölkədə çox az sayda lombard lisenziya alaraq işləyəcək. Çünki çoxu işini qanunsuz qurub".Ə.Həsənov iddia edir ki, lombardların yüksək ranqlı məmurlar tərəfindən himayə olunması qanunun qəbuluna, eləcə də bu sahədə qanunsuzluqların araşdırılmasına mane olur.Qanunun qəbulu niyə gecikir?Milli Məclisdə "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, "Lombardlar haqqında" qanun layihəsi istənilən halda 2022-ci ildə qəbul olunacaq. Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur."Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır", - deyə T.Mirkişili qeyd edib.O, həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq. "Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır", - deyə T.Mirkişili qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439242249_264:0:2995:2048_1920x0_80_0_0_dc29594107d21e7b0ebeb230c36a123d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bu adamlara pul vermək olmaz: lombard da batır, qızıl da...
bu adamlara pul vermək olmaz: lombard da batır, qızıl da...
Lombardların daha bir dələduzluğu
Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi.
BAKI, 18 fevral — Sputnik. Bakıda fəaliyyət göstərən lombardların əksəriyyəti vətəndaşlardan faizlə aldıqları pulla fəaliyyət göstərir. Hətta lombardların çoxunun üzərində yüksək faizlə vətəndaşlardan borc pul götürüldüyü qeyd olunur. Lombard fəaliyyəti göstərənlərin özünün faizlə vətəndaşlardan pul toplaması birmənalı qarşılanmır. Ekspertlər belə lombardların əksəriyyətinin dələduzluqla məşğul olduğunu, onlara faizlə pul verən, eləcə də girov qoyaraq pul götürən vətəndaşların pul və qiymətli əşyalarını riskə atdıqlarını söyləyirlər.
Sputnik Azərbaycan vətəndaşlara girov müqabilində faizlə pul verən lombardların özünün borca pul götürməsinin nə dərəcədə qanunauyğun olduğunu və bunun yaradacağı problemləri araşdırıb.
"3 faizə versəniz, götürərəm"
Əvvəlcə faktı dəqiqləşdirmək üçün bir neçə lombardla əlaqə saxlayırıq. "Baku lombard"ın Mustafa adlı rəhbəri Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, o, borc pul götürmək istəyir: "Mənim "Xalqlar Dostluğu" ərazisində iki lombardım var. Həmin lombardlarda vətəndaşlara faizə pul vermək üçün özüm faizə pul götürmüşəm. Hazırda 75 min manat borcum var. Ayda 3600 manat pul ödəyirəm. Bank şərtləri ilə pul verən olsa, götürərəm. Amma 3 faizdən yüksək olmasın".
Həmsöhbətimiz lombardların çoxunun bu yolla işlədiyini bildirib. Onun sözlərinə görə, hazırda öz pulu ilə lombard fəaliyyəti göstərən çox azdır. Amma lombard sahibi alacağı küllü məbləğdə pul müqabilində girov qoymayacağını bildirdi.
Lombardın özü faizə pul alırsa...
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardların öz vəsaiti olmadan lombard fəaliyyəti göstərməsi qanunla düzgün deyil. Ekspert bildirib ki, bu gün lombardlara nəzarətin olmaması, onların fəaliyyətinə qanunla müəyyən qadağaların olmaması bu sahədə özbaşınalığa yol açıb:
"Hazırda Pirallahıda lombardların vətəndaşlardan borca pul yığması halları artıb. Onlar maddi imkanı olan vətəndaşlardan aşağı faizlə pul alıb, yüksək faizlə girov müqabilində pula ehtiyacı olanlara verirlər. Bu isə nəinki həmin lombarddan girov qoyub pul götürən, elə lombarda aşağı faizlə pul verənləri də riskə atır.
Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi. Həmin lombardın sahibinə aşağı faizlə pul verənlərin pulları, girov qoyub pul götürənlərin isə qiymətli əşyaları batdı".
Ə.Həsənov deyir ki, lombardın başqasından faizlə aldığı pulla fəaliyyət göstərməsi ciddi risk yaradır. Onun sözlərinə görə, Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur. Fəaliyyət göstərənlərin hamısı qanunsuzdur: "Lombard elə bir kommersiya qurumudur ki, öz pulu hesabına vətəndaşlara kredit verir. Kredit təminatının müqabilində vətəndaşlar müəyyən qiymətli əşyasını lombardda saxlanc olaraq girovda saxlayır. Həmin əşyalar adətən qızıl-zinət əşyaları olur. Kredit qayıtmayanda lombard qanuna görə borclunu məhkəməyə verməlidir. Həmin qızıl-zinət əşyaları hərracda satılmalıdır. Lombard da pulunu götürməlidir. Reallıqda Azərbaycanda bu proses necə baş verir? Heç bir lombard öz pulu hesabına kredit vermir. Bunun sübutu kimi Dövlət Vergi Xidmətinə daxil olub lombard sözünü axtarışa versək, orada qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu görərik. Bu da o deməkdir ki, lombardların öz pulu budur. Yəni bunlar özləri də borc alırlar".
"Lombard əmanət qəbul edir"?
Ə.Həsənov bildirdi ki, vətəndaşların lombarda borc verməsi qanunsuzdur: "Bunun adını "lombard əmanət qəbul edir" qoyublar. Əslində isə bu da qanunsuzluqdur. Faktiki olaraq qanunsuz bank fəaliyyətidir. Lombardlar öz pulları ilə yox, başqalarının pulları ilə risk edirlər".
Ekspert deyir ki, bu qanunsuzluqların səbəbi Milli Məclisə təqdim olunmuş "Lombardlar haqqında" qanun layihəsinin üç ildir ki, qəbul edilməməsidir: "Lombardlara lisenziya verilməli, onların fəaliyyətinə Mərkəzi Bank nəzarət etməlidir. Amma hələ ki, qanunun qəbulu ləngiyir. Bu qanun qəbul olunarsa, ölkədə çox az sayda lombard lisenziya alaraq işləyəcək. Çünki çoxu işini qanunsuz qurub".
Ə.Həsənov iddia edir ki, lombardların yüksək ranqlı məmurlar tərəfindən himayə olunması qanunun qəbuluna, eləcə də bu sahədə qanunsuzluqların araşdırılmasına mane olur.
Qanunun qəbulu niyə gecikir?
Milli Məclisdə "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, "Lombardlar haqqında" qanun layihəsi istənilən halda 2022-ci ildə qəbul olunacaq. Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.
"Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır", - deyə T.Mirkişili qeyd edib.
O, həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq. "Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır", - deyə T.Mirkişili qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.