Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Həftəsonunun hava proqnozu bəlli oldu

© Sputnik / Murad OrujovBuludlu hava
Buludlu hava - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək
BAKI, 18 fevral — Sputnik. Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Xəbər lenti
0