Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Daha əlli kənd qonaq evi yaradılacaq

Abunə olmaq
Kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına, məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına töhfə verir.
BAKI, 18 fevral — Sputnik. "Azərbaycanda "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində 50 sahibkarlıq subyekti yaradılacaq".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması ilə bağlı keçirilən seminarda deyib.
Onun sözlərinə görə, KOBİA tərəfdaş qurumlar ilə birlikdə turizm sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır.
"Ötən ilin may ayında KOBİA-nın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib.
Müsbət nəticələr nəzərə alınmaqla, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilib. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur", - deyə O.Məmmədov qeyd edib.

Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb

Qeyd edək ki, bu layihə kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağallı kəndlərində, Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.
Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının, gəncin məşğulluğu təmin edilib. Yerli, xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına, məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0