https://sputnik.az/20220218/azerpoct-adindan-saxta-mektublar-gonderilir-439278805.html
"Azərpoçt" adından saxta məktublar göndərilir
"Azərpoçt" adından saxta məktublar göndərilir
Sputnik Azərbaycan
"Azərpoçt" MMC adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T00:27+0400
2022-02-18T00:27+0400
2022-02-18T00:27+0400
"azərpoçt" mmc
cəmiyyət
saxta
hesab
elektron
https://cdnn1.img.sputnik.az/img/41723/26/417232656_0:507:4928:3279_1920x0_80_0_0_4ff23a04a29c6a641ee246053b2f1f79.jpg
BAKI, 18 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "Azərpoçt" MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.Belə ki, kiberdələduzlar tərəfindən göndərilən saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10.2 AZN məbləğində gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.Daha sonra vətəndaş "Azərpoçt" MMC adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41723/26/417232656_555:0:4928:3280_1920x0_80_0_0_3806f16ea5f0595335f199bceacc6ab6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"azərpoçt" adından saxta elektron poçt ilə vətəndaşları soyurlar
"azərpoçt" adından saxta elektron poçt ilə vətəndaşları soyurlar
"Azərpoçt" adından saxta məktublar göndərilir
"Azərpoçt" MMC adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir.
BAKI, 18 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "Azərpoçt" MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Belə ki, kiberdələduzlar tərəfindən göndərilən saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10.2 AZN məbləğində gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.
Daha sonra vətəndaş "Azərpoçt" MMC adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.
Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.