Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Hindistanla nə alış-veriş edir?

© pixabay / meanwhileФлаг Индии, фото из архива
Флаг Индии, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Səfir: Azərbaycan bazarı Hindistan məhsulları üçün kifayət qədər imkanlar və fürsətlər təklif edir.
BAKI, 18 fevral — Sputnik. Azərbaycanla Hindistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana Hindistan-Azərbaycan çayçılıq sahəsində əməkdaşlığa həsr edilmiş biznes görüşdə deyib.
Səfir qeyd edib ki, Azərbaycan bazarı Hindistan məhsulları üçün kifayət qədər imkanlar və fürsətlər təklif edir: "Keçən il Azərbaycanla Hindistan arasında ikitərəfli ticarətin həcmi 27% artıb. Düşünürük ki, bu kimi tədbirlər əməkdaşlığın daha da artacağına imkan verəcək. Ümumiyyətlə, əlaqələrimiz müxtəlif sahələrdə inkişaf etməkdədir".
Onun sözlərinə görə, bu gün burada Hindistan çayını Azərbaycanda təbliğ etmək üçün yığışmışıq:
"Hindistanın bir sıra ştatları çay istehsalı ilə məşğuldurlar. Hindistan çayı dünyada tanınan çay növlərindən biridir. Hazırda 800 milyon ABŞ dollarından artıq məbləğdə Hindistan dünyaya çay ixrac edir. Lakin Azərbaycanda Hindistan çayının ümumi çay idxalında payı 4,6%-dir. Düşünürük ki, bu kimi tədbirlərlə Hindistan çayını Azərbaycanda təbliğ etmək üçün yeni imkanlar yarada bilərik".
Qeyd edək, Azərbaycana çay idxal edən ölkələr sırasında Şri-Lanka birinci yerdə (79,9 %-lik pay ilə), Rusiya ikinci yerdə (9,1 %), Hindistan isə üçüncü yerdə qərarlaşıb. Hindistanın payı 2020-ci ildəki 2,9%-dən 4,6% -dək artıb, dəyər ifadəsində isə 1,639 milyon ABŞ dollarından 2,559 milyon ABŞ dollarınadək yüksəlib.
Xəbər lenti
0