Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki qohum ailənin faciəsi: biri qəzada, biri evində məhv oldu

© Sputnik / Rahim MammadovQəza baş verdiyi ərazi
Qəza baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Azərbaycanın avtomobil yollarında qəzalar bu gün beş can alıb.
BAKI, 17 fevral - Sputnik. Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü, 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları, 2021-ci il təvəllüdlü Həmzə - hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Qusar şəhərində bir ailənin beş üzvü - ana, ata və üç uşaq - dəm qazından zəhərlənərək ölüb. Onlar Hacı Zeynalabdin qəsəbəsində yol qəzasında həlak olanlarla qohum imişlər.
--------
19:06
Bu gün baş verən yol qəzalarında ölənlər var.
Sputnik Azərbaycan-ın məlumatına görə, ölənlərdən biri Rusiya vətəndaşıdır.
Kürdəmir rayonun Sor-Sor kəndi ərazisindən keçən Şirvan su kanalına "Toyota" markalı minik avtomobili düşüb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Axtarışlar nəticəsində FHN-in əməkdaşları Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviçin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı şəraitdə baş verməsi və ölümün səbəbləri araşdırmaların sonunda bəlli olacaq.
Ölümlə bitən daha bir qəza İsmayıllıda olub. Hadisə Şamaxı-Muğanlı-İsmayıllı yolunun İsmayıllıdan keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə, minik və yük avtomobillərinin toqquşması nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək Mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0