https://sputnik.az/20220217/prokurorluq-qaradagli-qetliami-ile-bagli-melumat-yaydi---video-439284169.html
Prokurorluq Qaradağlı qətliamı ilə bağlı məlumat yaydı - Video
Prokurorluq Qaradağlı qətliamı ilə bağlı məlumat yaydı - Video
Sputnik Azərbaycan
Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir. 17.02.2022, Sputnik Azərbaycan
2022-02-17T18:33+0400
2022-02-17T18:33+0400
2022-02-17T18:33+0400
azərbaycan xəbərləri
hərbi prokurorluq
qaradağlı kəndi
qətliam
istintaq
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e6/02/11/439261657_0:120:1280:840_1920x0_80_0_0_e164c4c9fb0b53d31fe66b406ec0ec03.jpg
BAKI, 17 fevral — Sputnik. Qaradağlı hadisəsi ilə bağlı indiyədək 12 nəfər beynəlxalq axtarışa verilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, erməni silahlı birləşmələrinin üzvləri azərbaycanlıları bir milli qrup kimi məhv etmək məqsədilə 14-17 fevral 1992-ci il tarixlərində Xocavəndin Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüblər. İki nəfərə ağır bədən xəsarətləri yetirib, 9-nu isə girov götürüblər. Eyni zamanda yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar.Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/11/439261657_0:0:1280:960_1920x0_80_0_0_cdf6137f547974b262a0d1fbfd5876a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hərbi prokurorluq: qaradağlı qətliamı üzrə istintaq bitməyib video
hərbi prokurorluq: qaradağlı qətliamı üzrə istintaq bitməyib video
Prokurorluq Qaradağlı qətliamı ilə bağlı məlumat yaydı - Video
Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.
BAKI, 17 fevral — Sputnik. Qaradağlı hadisəsi ilə bağlı indiyədək 12 nəfər beynəlxalq axtarışa verilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, erməni silahlı birləşmələrinin üzvləri azərbaycanlıları bir milli qrup kimi məhv etmək məqsədilə 14-17 fevral 1992-ci il tarixlərində Xocavəndin Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüblər. İki nəfərə ağır bədən xəsarətləri yetirib, 9-nu isə girov götürüblər. Eyni zamanda yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar.
Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.