Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Möhtəşəm milli kolleksiya: Qarabağın geyimləri - FOTO

© Sputnik / Shahperi AbbasovaBakı Milli Geyim Evi rəhbərinin Könül Vəlibəyli
Bakı Milli Geyim Evi rəhbərinin Könül Vəlibəyli - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ərəfəsində "Şuşa - Ənənədən gələcəyə" adlı defile-sərgi keçiriləcək.
BAKI, 17 fevral — Sputnik. Bu gün Bakı Milli Geyim Evi Qarabağ geyimlərini ictimaiyyətə təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, Geyim Evinin rəhbəri Könül Vəlibəyli media nümayəndələri və geniş ictimaiyyət üçün 14 ildir aktiv və uğurlu fəaliyyətdə olan Bakı Milli Geyim Evinin hesabatını verməklə yanaşı, ən son yeniliklərdən danışıb.
© Sputnik / Shahperi AbbasovaBakı Milli Geyim Evi
Bakı Milli Geyim Evi - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Bakı Milli Geyim Evi
K. Vəlibəyli bildirib ki, Bakı Milli Geyim Evi Azərbaycanın milli-mənəvi dəyəri olan geyimlərimizin hazırlanmasında, dünyada tanıdılmasında və təbliğində önəmli rola sahibdir:
"Uzun illər ərzində dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edən qurumlar və səfirliklərlə uğurlu əməkdaşlıqlar sayəsində onların da dəstəyi ilə fərqli ölkələrdə defile və sərgilər keçirilib. Həmçinin, istər ölkə daxilində, istərsə də xaricdə bir neçə dəfə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müxtəlif dövlət tədbirləri, eləcə də rəqs və mahnı ansambllarımız, teatrlarımız üçün milli geyimlər hazırlayıb".
© Sputnik / Shahperi Abbasova

Bakı Milli Geyim Evi

Bakı Milli Geyim Evi - Sputnik Azərbaycan
1/5

Bakı Milli Geyim Evi

© Sputnik / Shahperi Abbasova

Bakı Milli Geyim Evi

Bakı Milli Geyim Evi - Sputnik Azərbaycan
2/5

Bakı Milli Geyim Evi

© Sputnik / Shahperi Abbasova

Bakı Milli Geyim Evi

Bakı Milli Geyim Evi - Sputnik Azərbaycan
3/5

Bakı Milli Geyim Evi

© Sputnik / Shahperi Abbasova

Bakı Milli Geyim Evi

Bakı Milli Geyim Evi - Sputnik Azərbaycan
4/5

Bakı Milli Geyim Evi

© Sputnik / Shahperi Abbasova

Bakı Milli Geyim Evi

Bakı Milli Geyim Evi - Sputnik Azərbaycan
5/5

Bakı Milli Geyim Evi

1/5

Bakı Milli Geyim Evi

2/5

Bakı Milli Geyim Evi

3/5

Bakı Milli Geyim Evi

4/5

Bakı Milli Geyim Evi

5/5

Bakı Milli Geyim Evi

Rusiya, Türkiyə, Amerika, Cənubi Koreya, ərəb ölkələri, Çin, Fransa, Özbəkistan və sair ölkələrdə defile və sərgilər keçirilib. Bu gün Bakı Milli Geyim Evinin hazırladığı libaslar ölkə və dünya muzeylərində sərgilənir.
Qeyd edək ki, yarandığı ilk gündən etibarən Bakı Milli Geyim Evinin kolleksiyasında önəmli yer tutan dəstlərdən biri də Şuşa-Qarabağ geyimləridir. Kollektiv 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərimizə, eləcə də Prezident İlham Əliyev tərəfindən elan olunmuş "Şuşa İli"nə ithaf olaraq Qarabağ və Şuşaya aid geyimləri, araqçınları hazırlayır.
Onu da bildirək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ərəfəsində "Şuşa - ənənədən gələcəyə" adlı defile-sərgi keçiriləcək.
Xəbər lenti
0