QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İki oğlu ermənilər tərəfindən qətlə yetirilən Qaradağlı şahidi

© Sputnik / Emin AlisahibŞəhidin şəkili
Şəhidin şəkili - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
1992-ci il Qaradağlı faciəsi zamanı o, iki oğlunu şəhid verib. Onlardan birinin meyidi haqda Sevil Əzizova hələ də xəbərsizdir.
BAKI, 17 fevral — Sputnik. Qaradağlı faciəsi Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri növbəti bir qətliamdır. O qətliam ki, illər ötsə də, bu gün də unudulmur, yaddan çıxmır. O gecə, yəni fevral ayının 17-də Qaradağlıda nə baş verib, o kənddə nələr yaşanıb, bu barədə 2 oğlu ermənilər tərəfindən qətlə yetirilən Qaradağlı faciəsinin şahidi Sevil Əzizova Sputnik Azərbaycan-a danışıb.
© Sputnik / Emin AlisahibQaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova
Hərbi maşınların köməyi ilə kəndə gətirilən ərzaq
Həmin faciəli günlərin acı xatirələrini bizimlə bölüşən Sevil nənə deyir ki, o günlər bu gün də gözlərindən lent yazısı kimi keçir. Müsahibimizin sözlərinə görə günlərlə kəndi mühasirədə saxlayan ermənilər kənd sakinlərinə qaçmağa belə aman verməyib:
© Sputnik / Emin AlisahibQaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova
“Bala, elə faciəli günlər görmüşük ki... And olsun Allaha, çörəyimizi biz zirzəmilərdə yeyirdik. Evin künclərində otururduq. Gecələr yata bilmirdik. Paltarımız əynimizdə yatırdıq ki, qəfil hücüm edər ermənilər”.
Sevil nənənin sözlərinə görə, kənddə gün keçdikcə vəziyyət ağırlaşır. Ermənilər kəndə nə bir maşın buraxır, nə də imkan yaradır ki, kənd sakinləri hansısa ərzaq ardınca yollansın. Sakinlərin ərzaq ehtiyatı isə tükənir. Kənddə yeganə olan, Sevil Əzizovanın yoldaşının mağazasında da ərzaq ehtiyatı bitdiyindən onun həyat yoldaşı həyatını təhklükəyə ataraq kənd sakinləri üçün ərzaq dalınca yollanır. Hərbi maşınların köməyi ilə sonuncu dəfə kəndə ərzaq gətirməyə nail ola bilir:
“Yoldaşım "BTR"-lə (zirehli transportyor - red.) kolxozun maşınını götürdü, getdi ərzaq almağa. Şuşadan mal gətirirdi mənim yoldaşım. Dükanda işləyirdik. Bircə mağaza idi kənddə. Əhalini təmin eləyirdik”.
O vaxtlar iki övladı Bakıda və Gəncədə ali təhsil alan ananın bu müsibətini eşidib, oğlanları kəndə dönür. Qaradağlıya qayıdıb, kəndin müdafiəsinə qalxan cavanlar könüllü yaradılan dəstələrə qoşulur. Burdakı vəziyyəti görən kənd sakinləri ilə Sevil ananın oğlanları kənddəki qız-qadınları çıxarmağa qərar verir. Elə Sevil ananı da oğlanları vertolyota mindirib, yola salır. Özləri isə kəndin müdafiəsi üçün orada qalmalı olur.
© Sputnik / Emin Alisahib Ataman Əzizov
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Ataman Əzizov
Universitetdən kəndə dönən iki tələbə - iki şəhid ...
Alov və Atəş Əzizovlar qardaşlarının balaca qardaşı Ataman Əzizov deyir ki, o vaxtlar yaşı döyüşmək üçün çatmasa da döyüşən oğullara yemək gətirməklə borcunu yerinə yetirməyə çalışıb. Ataman qardaşları Alov və Atəşin könüll olaraq kəndin müdafiəsinə qoşulduğunu, 1992-ci ilin yanvar ayında onlardan birinin yaralandığınıı bildirir:
“Alov universitetə getmişdi. Qiyabi təhsil alırdı. Sessiyaya getmişdi. Ordan icazə alıb ki, kəndə qayıtmalıyam, döyüşlər gedir. Kəndə qayıdanda yaralandı. Onu vertolyotla gətirdilər Ağdama. Xəstəxanada iki gün qaldı. Nə qədər təzyiqlər elədik ki, sənin vəziyyyətin pisdir, qal. Dedi "yox, mən kəndə qayıtmalıyam"”.
© Sputnik / Emin AlisahibŞəhidin şəkili
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Şəhidin şəkili
Fevralın 16-dan 17-nə keçən gecə isə Qaradağlı sakinlərinin kənddə keçirdiyi son günü olur. Günlərdir ermənilər tərəfindən mühasirədə olan kəndin bu dəfə sakinləri girov götürülür. Sonra həmin girovlar 366-cı motoatıcı alayın yük maşınları Bəyimbağı deyilən yerə gətirilir. Orada Qaradağlı sakinlərinə bildirilir ki, kim Qarabağda ölmək istəyirsə aşağı düşsün. Həmin ünvanda onlarla Qaradağlı sakini qanına qəltan edilir. Onlar arasında Sevil ananın oğlanları da olur. Şəhidlərin qardaşı Ataman əziziov deyir ki, onun qardaşlarından birinin meyidi hələ də silos quyusundadır:

“Hər ikisi 1992-ci ilin fevral ayının 17-də şəhid oldu. Onları silos quyusunda dəfn etdilər. Sonra biz Atəşin meyidini ala bildik. Bir neçə nəfərlə birlikdə. Onlar Ağdamda Uzundərədə dəfn olundu. Amma Alov orda silos quyusundadır”.

© Sputnik / Emin AlisahibŞəhidin şəkili
Qaradağlı faciəsi zamanı iki oğlunu həlak olan Sevil Əzizova  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Şəhidin şəkili
Amma ana məğrur və mətindir. Deyir ki, iki oğul itirməsinə baxmayaraq bu gün təsəllisi var:

"Çox şükür, torpaqlarımız alındı. İndi onun ən böyük arzusu doğma yurduna qayıdıb, silos quyusuna atılan oğlunu ziyarət etməkdir. Biz yalnız onunla təsəlli alırıq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu qalib oldu. Bizim ən böyük təsginliyimiz o oldu ki, həm torpaqlarımız alındı, həm də şəhidlərimizin qanı alındı. 30 ildir oğlumun meyidini arzulayıram”.

Qeyd edək ki, bu gün Qaradağlı faciəsindən illər ötməsinə baxmayaraq, hələ də o tarix qanlı yaddaş kimi daim xatırlanır və bundan sonra da xatırlanacaq. Çünki Qaradağlı faciəsi təkcə bir ölkənin, bir şəhərin deyil, Xocalı faciəsi kimi - bəşər tarixinin qanlı səhifəsidir və bu faciəni erməni qəsbikarları 1992-ci ilin fevral ayının 17-də Azərbaycan xalqına qarşı törədib. Bu tarix nə danıla, nə də unudula bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
QARABAĞ
Otuz il əvvəl baş verən faciə haqqında eşitmədikləriniz…
Xəbər lenti
0